Ardanın komandasından darmadağın - Çempionlar Liqası

img

12-03-2014 [10:45]



Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunda "Land of Fire Azerbaijan" formalı "Atletiko" (Madrid) klubu öz meydanında "Milan"ı sınağa çəkib. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Madrid təmsilçisini bu görüşdən də qalib ayrılıb - 4:1. Bununla da "Atletiko" 1/4 finala yüksəlib. 

Günün digər matçı Münhendə baş tutub. Burada yerli "Bavariya" klubu "Arsenal"la üz-üzə gəlib. İlk görüşdə Londonda 2:0 hesabı ilə qələbə qazanan Pep Qvardiolanın komandasının 1/4 finala adlamaq şansı daha yüksək qiymətləndirilirdi. Nəticə də gözlənilən olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb və "Bavariya" növbəti mərhələyə vəsiqəni təmin edib.

Qeyd edək ki, bu gün 1/8 finalın daha iki qarşılaşması keçiriləcək.


11 mart

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Milan" (İtaliya) (İlk oyun - 1:0) - 4:1
Qollar: Dieqo Kosta, 3 (1:0), Kaka, 27 (1:1), Arda Turan, 41 (2:1), Raul Qarsiya, 71 (3:1), Dieqo Kosta, 85 (4:1)

23:45. "Bavariya" (Almaniya) - "Arsenal" (İngiltərə) (İlk oyun - 2:0) - 1:1
Qollar: Şvaynştager, 55 (1:0), Padolski, 57 (1:1)

12 mart

23:45. "Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə) (İlk oyun - 2:0)

23:45. PSJ (Fransa) - "Bayer" (Leverkuzen, Almaniya) (İlk oyun - 4:0)


18 mart

23:45. "Çelsi" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) (İlk oyun - 1:1)

23:45. "Real" (Madrid, İspaniya) - "Şalke" (Almaniya) (İlk oyun - 6:1)


19 mart

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Zenit" (Rusiya) (İlk oyun - 4:2)

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) (İlk oyun - 0:2)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA