Əsgər Abdullayev hakimdən gileyləndi, Dənizli isə... - Kubok

img

12-03-2014 [20:06]



Əsgər Abdullayev "Xəzər Lənkəran"la oyunla (1:1) bağlı fikirlərini bildirib.  "Araz Naxçıvan”ın baş məşqçisi istədikləri nəticəni əldə edə bilmədiklərini deyib:

"Rəqibin güclü olduğunu bilirdik. Premyer Liqada öz sözünü demiş, köklü komandadı. Səkkiz ay yarımlıq komanda ilə müqavimət göstərməyə çalışdıq. Qalib gəlmək istəyirdik, amma alınmadı. Lənkərandakı oyun da asan olmayacaq. Rəqib çox güclüdü. Şansımız az olsa da, dəyərləndirməyə çalışacağıq. Heyət seçimində səhv etdiyimi düşünmürəm. Hakimdə dəqiqlik, dürüstlük çatışmırdı, bəzi epizodlarda səhv etdiyini düşünürəm. Qapıçımız bu gün yaxşı oynadı, onun gələcəyinə inanıram".

Mustafa Dənizli də oyunla bağlı fikirlərini bildirib. O deyib: 

"Kubok oyunlarında hədəf fərqli olur. Səfərdə oynadığımız ilk oyuna görə nəticə yaxşı sayıla bilər. Rəqibimiz I divizionun ən güclü komandasıdı, bir çox Premyer Liqa klubları ilə eyni gücdədi. Yaxşı oyun alındı, qol epizodları oldu. İlk hissədə 11 metrlik cərimə zərbəsindən istifadə edə bilsəydik başqa cür ola bilərdi. Hər halda yarımfinala vəsiqəni ev oyununda həll edəcəyimizə inanıram. Hakimlə bağlı heç nə demirəm. Hakimlər də səhv edə bilər. Epizodları çox yaxşı izləmədən nəsə demək düzgün deyil. Oyun qaydalarını yaxşı bilirəm, amma 20 ildi ki, hakimliklə bağlı heç nə danışmıram. Həmişə hakimlərə dəstək olmağa çalışmışam, həm lehimizə, həm də əleyhimizə səhvlər ola bilər. Hakim haqqında düşüncələr bizim üçün ikinci plandadı. Kubokda yolumuzu davam etdirəcəyik. Sürpriz nəticə olmaması üçün cavab oyununda var gücümüzlə oynayacağıq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA