"Real"dan darmadağın, "Qalatasaray"dan bərabərlik

img

27-02-2014 [09:43]


Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Azərbaycanlı azarkeşlərin də böyük maraqla gözlədiyi oyun İstanbulda keçirilib. Burada yerli "Qalatasaray" "Çelsi"ni sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Mia.az xəbər verir ki, oyunda hesabı 8-ci dəqiqədə  rəqib qolçu Torres açıb. "Qalatasaray" 65-ci dəqiqədə hesaba tarazlıq gətirib. Bərabərlik qoluna Şedju imza atıb.

Digər qarşılaşmada Madrid "Real"ı səfərdə Almaniyanın "Şalke" klubu ilə üz-üzə gəlib. Görüş qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 18-də keçiriləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA