Mişel: "Erməni hərbçilərinin geri verilməsi müsbət dəyişiklərə daha bir işarədir"

img

07-02-2022 [15:11]


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın 8 erməni hərbçini geri qaytarmasını alqışlayıb.

Bu barədə o, tviter səhifəsində yazıb.

“Səkkiz erməni hərbçinin Ermənistana təhvil verilməsi Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra meydana gələn müsbət dəyişiklərə daha bir işarədir. Avropa İttifaqı regionda sabitliyi və inkişafı dəstəkləyir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR