Makrondan 8 erməninin geri verilməsi barədə açıqlama: "Diplomatlarımıza və bu əməliyyatda səfərbər olan əsgərlərimizə təşəkkür edirəm"

img

07-02-2022 [15:02]


Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsi ilə bağlı paylaşım edib.

Bu barədə Fransa Prezidenti "Twitter"də bildirib.

Onun paylaşımında deyilir:  "Səkkiz erməni saxlanılan Azərbaycan tərəfindən sərbəst buraxılaraq Bakıdan İrəvana yola salınıb. Onlar bir neçə aydır ayrıldıqları ailələrinə qovuşurlar. Diplomatlarımıza, eləcə də bu əməliyyatda səfərbər olan əsgərlərimizə təşəkkür edirəm. Biz irəli gedirik".


Digər xəbərlər
SON XƏBƏRLƏR