Qarabağda yeni astronomik stansiya qurulacaq

img

28-01-2022 [15:02]


“Bizim təkliflərimiz əsasında yaxın gələcəkdə Qarabağ zonasında yeni astronomik stansiya qurulacaq”.

Bunu AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) İcraçı direktoru, professor Nəriman İsmayılov deyib.

Rəsədxana rəsmisinin sözlərinə görə, orada müasir robot teleskopların yerləşdirilməsi, onların buradan idarə olunması, Rəsədxana ərazisində yerin kosmosdan peyk müşahidələri vasitəsilə öyrənilməsi üçün mərkəzi kosmik poliqonun yaradılması kimi məsələlər AMEA rəhbərliyi tərəfindən dəstəklənib.

O qeyd edib ki, bu işlərin həyata keçirilməsi Şamaxı Astrofizika Rəsədxanasının uzaq və yaxın kosmosun tədqiqi üzrə beynəlxalq elmi mərkəzə çevrilməsində çox vacib addım olacaq/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:59 17.05.2022

Azərbaycan əhali artıb