Erməni XİN başçısı: "Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir"

img

28-01-2022 [11:45]


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 44 günlük İkinci Qarabağ müharibəsində üzləşdikləri faciəni özlərini aldatmağın nəticəsi hesab edir.

Sputnik Armeniya” xəbər verir ki, o, jurnalistlərə açıqlamasında yalanla yaşamağı dayandırmağı məsləhət görüb.

"Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir. Reallığın gözünün içinə baxmaq, bir-birimizlə birbaşa danışmaq, heç nəyi gizlətməmək lazımdır”, - o bildirib.

Nazir müxalifətin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarla bağlı tənqidinə cavab verməkdən də yayınıb.

Ancaq bununla belə, 1990-cı illərdən Türkiyə ilə vaxtaşırı danışıqların və ya yazışmaların aparıldığını, lakin bu barədə cəmiyyətə məlumat verilmədiyinin necə ortaya çıxdığını izah etməyi xahiş edib.

“Biz uzunmüddətli və sabit sülhə sadiqik", - A.Mirzoyan qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA