Qırğızıstanla Tacikistan anlaşdı, döyüş dayandı - VİDEO (YENİLƏNİB)
28-01-2022 [09:17]
Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər.
Bu barədə “RİA Novosti”yə Qırğızıstanın Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib.
“Danışıqların yekunlarına görə aşağıdakı razılıqlar əldə olunub: tam atəşkəs haqqında; hər bir tərəfin sərhədə cəlb edilmiş əlavə qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə çıxarılması haqqında, Batken-İsfana magistral yolu boyunca hərəkətin açılması, münaqişələrin qarşısının alınması üçün Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarının hüquq-mühafizə orqanlarının əməkdaşlarının birgə patrul xidməti haqqında”, - mətbuat xidmətinin sözçüsü bildirib.
Onun sözlərinə görə, danışıqlarda Qırğızıstanın Batken vilayətinin və Tacikistanın Soqd vilayətinin qubernatorları, iki ölkənin sərhəd idarələrinin və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.
***
Qırğızıstan və Tacikistan nümayəndələri arasında atəşin dayandırılması ilə bağlı danışıqlar baş tutmayıb.
Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb/Report.
Məlumata görə, hazırda Koço-Boyu və Dahma bölgələrində tərəflər arasında toqquşmalar davam edir.
"2022-ci il yanvarın 27-də Qırğızıstan və Tacikistanın hərbi qulluqçuları arasında 10 dəqiqə ərzində atəş dayandırılıb. Atəşkəs dövründə Qırğızıstan Prezidentinin Batken vilayətindəki səlahiyyətli nümayəndəsi Abdikarim Alimbayevin Tacikistanın Suqd vilayətinin qubernatoru ilə görüşü olmalı idi. Lakin tacik tərəfi ikitərəfli razılaşmanı yenidən pozaraq Qırğızıstan hərbçilərinin mövqelərini atəşə tutmağa davam edib”, - məlumatda bildirilir.
Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi öz növbəsində Qırğızıstan sərhədində atışma nəticəsində mülki şəxslər və sərhədçilər arasında itkilər olduğunu bəyan edib: "Qırğızıstan tərəfindən yerli sakinlər, avtomobillər və müxtəlif infrastruktur obyektləri intensiv atəşə tutulub. Tacikistanın mülki şəxsləri və sərhədçiləri arasında itkilər var".
***
Tacikistan-Qırğızıstan sərhədində baş verən atışma nəticəsində bir mülki tacik vətəndaşı nəfər ölüb, 6 yaralı var.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bundan əlavə 8 tacik hərbçi də yaralanıb.
Məlumata görə, Tacikistan Sərhəd Xidmətinin əməkdaşları Qırğızıstanla sərhəddə gücləndirilmiş rejimə keçib.
Qırğızıstanın Sərhəd Xidməti isə baş verənlərdə qarşı tərəfi günahlandırıb.
Son açıqlamaya görə, Tacikistan tərəfi sərhəddə atəşkəs tələblərinə məhəl qoymur: "Tacik hərbçiləri Qırğızıstanda elektrik xətləri və sərhəd postlarını atəşə tutur. Buna görə, Qırğızıstanın Batken vilayətinin bir hissəsi işıqsız qalıb. Artıq Ak-Say, Ak-Tatır və Səmərqəndək kimi təhlükəli sərhəd bölgələrində yaşayan insanlar təhlükəsiz zonaya köçürülür. Altmış ailə Batken şəhərindəki 3 saylı orta məktəbə yerləşdirilib. Eyni zamanda, Qırğızıstanın Kulundu, Maksat, Sada kəndlərinin sakinləri təxliyə edilir".
Qırğızıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, atışmada 6 qırğız hərbçisi yaralanıb.
***
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Tacikistan və Qırğızıstanı ölkələr arasındakı sərhəddə dərhal atəşi dayandırmağa çağırıb.
TASS xəbər verir ki, o, KTMT-NİN münaqişənin sülh yolu ilə həlli üçün Tacikistan və Qırğızıstana yardım göstərməyə hazır olduğunu deyib.
***
Qırğızıstanın Tacikistanla dövlət sərhədində vəziyyət gərgin olaraq səciyyələndirilir.
Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
İki ölkənin sərhəd xidmətlərinin nümayəndələri arasında aparılan danışıqların yekunlarına əsasən, Batken-İsfana yolunun həmin ərazidəki hissəsi yenidən açılıb.
Buna baxmayaraq, axşam saatlarında Tacikistan tərəfinin silahdan istifadə etməsi və Qırğızıstan Respublikası Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sərhəd bölmələrini atəşə tutması səbəbindən vəziyyət daha da pisləşib.
Qırğızıstan və Tacikistan sərhəd qoşunlarının bölmələri arasında əsas atışmalar Tort-Koço və Çir-Dobo ərazilərində gedir. Tacikistan tərəfi minaatan və qumbaraatanlardan istifadə edir. Tacik mətbuatı 3 hərbçisinin yaralandığı barədə məlumat verib.
Tacikistanla sərhəddə yerləşən Qırğızıstan qəsəbələrinin sakinləri atışma səbəbindən evlərini tərk etməyə başlayıblar.
Atışma davam edir.
Yaranmış gərginliklə əlaqədar Qırğızıstan Operativ Qərargah yaradıb.
Xatırladaq ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidmətinin məlumatına görə, iki dövlət arasında insident Batken-İsfana avtomobil yolunun hissələrinin birində, Tort-Koço ərazisində başlayıb. Qırğızıstan tərəfinin əmin etdiyi kimi, vəziyyət Qırğızıstan sərhədçilərinə qarşı Tacikistan tərəfinin silahdan istifadə etməsi səbəbindən daha da pisləşib.
***
Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti Tacikistanla sərhəddə gərgin vəziyyət barədə məlumat yayıb.
TASS xəbər verir ki, Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının zabitləri birtərəfli qaydada Batkenin bölməsini bağlayıblar.
Milli Təhlükəsizlik Dövlət Komitəsinin Batken vilayəti üzrə idarəsinin rəisi Kyyalbek Tolonbayev və Batken sərhəd dəstəsinin rəisi Rüstəm Mirşakirov həmin əraziyə gediblər. Sərhəd bölmələri gücləndirilmiş xidmət rejiminə keçirilib.
Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir, Sovet İttifaqının dağılmasından sonra sərhəddə onlarla mübahisəli hissələr qalıb. Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib və o vaxtdan indiyədək komissiyaların və işçi qrupların iki yüzə yaxın iclası keçirilib. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını artıq təsvir edilib. Lakin indiyədək iki ölkənin sərhədində yerli sakinlər arasında bəzən münaqişələr yaranır ki, bu da tez-tez atışmalarla müşayiət olunur/Report.
Prezident İlham Əliyev Qətər Əmirinə məktub göndərib - MƏTN
Futzal Federasiyasının prezidenti barədə sensasiyalı xəbər yayıldı
Emin Əmrullayev iki gənci vəzifəyə təyin etdi - Onlar kimdir? (FOTO)
Daha 34 azərbaycanlı Almaniyadan geri qaytarılıb
Bakıda tikinti şirkəti İDEA-nın saldığı meydançanı dağıdıb - “Elgin Həbibullayev də maraqlanmır, qapıdan qaytarırlar...”
Bakıda ilk dəfə “ağıllı svetoforlar” quraşdırılıb - VİDEO
Rəsul Quliyev Bakıda torpaq sahəsi satdı - 5 milyon manata
Bankların borc faizindən faiz tutması... - Ali Məhkəmə yeni qərar qəbul etdi, bu, qanunsuz sayıldı
Türkiyədə daha bir məşhur jurnalist tutulub
"Fənərbağça" iki gənc futbolçu ilə müqavilə imzaladı - FOTO
Ağsuda dələduzluqda ittiham olunan şəxs tutulub
Mehriban Xanlarova: "Narkoloji və psixoliji dispanserlərə ona görə getmişdim ki..."
Türkiyədə məşhur müğənnilər saxlanılıb - Aleyna Tilki, Danla Bilic, İrem Sak, Şeyma Subaşı...
Ağdamda mülki şəxs minaya düşüb
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır