Rusiyalı diplomat: "Avrasiya İqtisadi Birliyinə qoşulub-qoşulmama qərarı sırf Azərbaycanın seçimindən asılıdır"

img

26-01-2022 [12:36]


"Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulub-qoşulmama haqqında qərar sırf Azərbaycanın seçimindən asılıdır".

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, AİB formatına inteqrasiya ölkələrə fayda verib: "Belə ki, 2021-ci ildə AİB-ə üzv ölkələrdə iqtisadi artım müşahidə olunub, AİB ölkələri arasında qarşılıqlı ticarət həcmi 30%, xarici bazarlara ixrac 41%, ölkələrin ÜDM-i 4%-dən çox artıb"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA