İlham Əliyev iranlı naziri videoformatda qəbul edib: "Ermənistandan da müsbət xəbərlər alırıq" - FOTO (Yenilənib)
GÜNDƏM
25.01.2022, 14:40
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 25-də İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.
Mia.az xəbər verir ki, iranlı naziri salamlayan Prezident İlham Əliyev deyib:
- Hörmətli cənab nazir, hörmətli İran nümayəndə heyətinin üzvləri Azərbaycana Xoş gəlmisiniz. Mən çox şadam ki, sizin Azərbaycana səfəriniz azad edilmiş torpaqlardan başladı. Siz dünən İrandan birbaşa Füzuliyə, Füzuli Beynəlxalq Hava Limanına təyyarə ilə gəlmisiniz, həm Füzulidə, həm Zəngilanda olmusunuz və biz bunu çox yüksək qiyməytləndiririk.
Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır. Müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət almışdır. Regional əməkdaşlığın yaradılması üçün hazırda çox ümidverici 3+3 əməkdaşlıq platforması yaradılmışdır. Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntəzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək. Eyni zamanda, əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar. İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi, İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik.
Siz azad edilmiş torpaqlarda olan dağıntıları dünən öz gözlərinizlə görmüsünüz. Ermənistan işğal dövründə bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib. Ona görə bu böyük ərazidə - 10 min kvadratkilometrdən böyük olan ərazidə indi quruculuq işlərinə start verildi, amma gördüyünüz kimi, bu, çox genişmiqyaslı bir işdir. Yüzlərlə şəhər və kənd demək olar ki, yer üzündən silinib. Bərpa işlərinə start verildi və dediyim kimi, ümid edirəm ki, İran şirkətləri bu işlərdə fəal iştirak edəcəklər.
Siz dünən, eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmusunuz. Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir və Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır.
Bir sözlə, ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir.
Digər məsələlərə gəldikdə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, Xudafərin Su Elektrik stansiyalarının inşa edilməsi, Astaraçay üzərində körpünün inşa edilməsi – bütün bu və digər məsələlər dünən Şahin Mustafayevlə müzakirə olunub və hökumətlərarası komissiyanın işində əlbəttə ki, prioritetlər sırasında olacaq.
Onu da bildirməliyəm ki, noyabrın sonlarında İran İslam Respublikasının Prezidenti cənab Rəisi ilə keçirdiyim görüş çox uğurlu, əhəmiyyətli idi və İran-Azərbaycan əlaqələri üçün yeni imkanlar açır. Bu, əlaqələrimizin, dostluq, qardaşlıq əlaqələrimizin yeni səhifəsinin açılması deməkdir.
Bir daha xoş gəlmisiniz.
İranlı nazir Rüstəm Qasimi deyib:
- Allahın adı ilə. Cənab Prezident, mən Sizi salamlayıram və Sizə, Azərbaycan xalqına cansağlığı, Azərbaycan dövlətinə uğurlar arzu edirəm. İran İslam Respublikasının Prezidenti cənab doktor Rəisinin səmimi salamlarını Sizə çatdırıram.
İran dövləti və İran xalqı adından şəxsən Sizə, Azərbaycan dövlətinə, Azərbaycan xalqına ərazilərin geri qaytarılmasında əldə etdiyiniz uğurlar və bu müharibədə qazandığınız Qələbə münasibətilə təbrik çatdırıram. Qeyd etdiyiniz kimi, Sizinlə cənab Prezident Rəisi arasında keçirilən görüş iki ölkə münasibətlərində yeni bir səhifə yaradacaq.
Biz dünən azad edilmiş əraziləri gördük, orada aparılan quruculuq və yenidənqurma işləri ilə yerində tanış olduq. Ümid edirəm ki, bu gün cənab Şahin Mustafayevlə və eləcə də Azərbaycan Respublikasının digər nazirləri ilə keçirəcəyim görüşlərdə iki ölkə arasındakı əlaqələr və müştərək layihələr barədə bir daha fikir mübadiləsi aparacağıq.
Onüçüncü hökumət, yəni, cənab İbrahim Rəisinin prezidentliyi dövründə dövlətimiz bütün qonşu ölkələrlə, xüsusilə də mədəni, tarixi və ictimai bağları daha çox olan Azərbaycan Respublikası dövləti və xalqı ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Prezident İlham Əliyev İran dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.
Söhbət zamanı ikitərəfli əlaqələrə dair müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
“Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır. Müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət almışdır və regional əməkdaşlığın yaradılması üçün hazırda "3+3" çox ümidverici əməkdaşlıq platforması yaradılmışdır”.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.
“Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntənzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək”, - dövlət başçısı vurğulayıb.
Prezident bildirib ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar: “İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi. İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik. Siz dünən öz gözlərinizlə azad edilmiş torpaqlarda olan dağıntıları görmüsünüz. Siz dünən eyni zamanda Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmusunuz. Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir. Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Kapital Bank" "Bakı Fond Birjası"na 100 milyonluq istiqraz yerləşdirir
Bugün, 09:46 İQTİSADİYYAT
-
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bugün, 09:26 İQTİSADİYYAT
-
Bakıda Neft Emalı Zavodunda yanğın.. - FHN açıqlama yaydı
Bugün, 09:16 GÜNDƏM
-
DÇ-2026: İngiltərə 6 qollu dueldə qazandı
Bugün, 09:08 İDMAN
-
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunu llik Toplantılarının açılış mərasimində - CANLI (YENİLƏNİR)
Bugün, 09:01 GÜNDƏM
-
“Hadisəyə intihar donu geyindirməsinlər” - Vəkil oğlunun ölümündəki müəmmadan danışdı
Bugün, 08:53 CƏMİYYƏT
-
İran parlamentinin spikerindən iddialı mesaj: "Onları məğlub etdik” - "Mən diplomat deyil, döyüşçüyəm”
Bugün, 08:28 GÜNDƏM
-
DÇ-2026: Özbəkistan yığması məğlub oldu
Bugün, 08:22 İDMAN
-
TRAMPLA İRAN PREZİDENTİ TARİXİ RAZILAŞMANI İMZALADI - İlk açıqlamalar + FOTOLAR
Bugün, 08:07 GÜNDƏM
-
Tramp Tehranla yeni sazişin 48 saat içində imzalanacağını gözləyir: “İrana “ballistik raketlərə sahib olma” deyə bilmərik”
Bugün, 00:40 GÜNDƏM
-
DÇ-2026: Türkiyə son matçı gözləmədən turnirlə vidalaşa bilər – Ərdoğan araya girdi
Bugün, 00:36 İDMAN
-
Azərbaycanda bir ilk: yeni Kompleks Onkoloji Mərkəz yaradılır - AÇIQLAMA
Bugün, 00:28 CƏMİYYƏT
-
Kənd futbolunu 5 minə yaxın azarkeş izlədi - FOTO
Bugün, 00:14 İDMAN
-
Blogerin sosial media hesabları bloklandı
Bugün, 00:12 PRESS
-
Putin Hakan Fidanla görüşdü, Ərdoğanı Moskvaya dəvət etdi - "Bu məsələdə sizin təcrübəniz son dərəcə vacibdir"
Bugün, 00:09 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
Avropadan Türkiyəyə qarşı qətnamə: nazirə sanksiya tələbi irəli sürüldü – Rəsmi Ankaradan etiraz
Bugün, 00:03 GÜNDƏM
-
FED yeni sədrlə ilk qərarını açıqladı
17.06.2026, 23:07 İQTİSADİYYAT
-
DÇ-2026: Portuqaliya Konqoya qalib gələ bilmədi
17.06.2026, 22:58 İDMAN
-
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edilib - Ən çox bal toplayanlar kimlərdir?
17.06.2026, 20:10 GÜNDƏM
-
PA rəhbəri yüksək vəzifəliləri topladı - Qərargahın iclası oldu (FOTOLAR/YENİLƏNİB)
17.06.2026, 19:27 GÜNDƏM
-
“Polisә xәbәr vermә, yoxsa..." - BDU-nun müəlliminin evindən 1.6 milyon aparılıb
17.06.2026, 19:26 CƏMİYYƏT
-
Mərkəz rəhbəri 8 il azadlıqdan məhrum edilib
17.06.2026, 19:22 SİYASƏT
-
Robert Köçəryanın həbsinə hazırlıq gedir
17.06.2026, 19:04 GÜNDƏM
-
Prezidentin köməkçiləri, PA rəhbəri və nazirlər Qarabağda - FOTOLAR (Yenilənib)
17.06.2026, 18:49 GÜNDƏM
-
Ramiz Mehdiyevin ailəsinə məxsus banka niyə güzəşt olundu? - Ekspert rəyi
17.06.2026, 18:00 İQTİSADİYYAT
-
Paşinyan: "İndi "üçbaşlı müharibə partiyası" Azərbaycanla sülh sazişini şübhə altına alır"
17.06.2026, 17:53 GÜNDƏM
-
Ceyhun Bayramovla ABŞ rəsmisi bir araya gəldi - Nələr müzakirə edildi?
17.06.2026, 17:47 SİYASƏT
-
Livan Prezidenti: “İran və prosesə töhfə verən hər bir ölkəni dəstəkləyirik”
17.06.2026, 17:36 DÜNYA
-
“Azərişıq” kisənin ağzını açdı - 13.3 milyonluq tender elan edildi
17.06.2026, 17:22 İQTİSADİYYAT
-
Türkiyə yığmasını Paraqvay millisiylə çətin oyun gözləyir - Montella heyəti dəyişir
17.06.2026, 17:07 İDMAN
-
Türkiyə gözəli çimərlikdə - FOTOLAR
17.06.2026, 17:05 ŞOU-BİZNES
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
17.06.2026, 17:00 İQTİSADİYYAT
-
Bakıda 51 kq narkotik satmaq istəyən şəxslər saxlanılıb
17.06.2026, 16:45 KRİMİNAL