Qırğızıstan Qazaxıstana növbəti dəfə nota verib

img

21-01-2022 [18:04]


Qırğızıstan Xarici İşlər Nazirliyi Qazaxıstana nota verib.

Mia.az xəbər verir ki, nota ölkə vətəndaşı Çolponbek Sıdıkovun Qazaxıstanda iğtişaşlar zamanı döyülməsinə görə verilib.

Qırğızıstan tərəfi notada yanvarın 9-da Almatı-Bişkeş yolunda saxlanılan Sıdıkovun qazaxıstanlı asayiş keşikçiləri tərəfindən döyüldüyü, nəticədə hər iki ayağının və qabırğalarının qırıldığını qeyd edib.

O, Almatı xəstəxanalarından birində tapılaraq ötən gün Qırğızıstana qaytarılıb.

Qeyd edək ki, bundan başqa, Qırğızıstan bu ay ərzində Qazaxıstana iki dəfə nota verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA