Rusiyanın xarici borcu 500 milyarda çatır

Rusiyanın xarici borcu 500 milyarda çatır

İQTİSADİYYAT

21.01.2022, 10:01

“2022-ci il yanvarın 1-nə Rusiyanın xarici borcu 478,2 milyard ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin əvvəli ilə müqayisədə 2,37% (və ya 11 milyard ABŞ dolları) çoxdur”.

Bu barədə Rusiya Mərkəzi Bankının məlumatında yer alıb.

“İlin əvvəlindən bankların xarici borcu 7,7 milyard ABŞı dolları artıb, bu da əsasən banklararası əməliyyatlar çərçivəsində qeyri-rezidentlərdən vəsaitlərin cəlb edilməsi hesabına.

Digər sektorların xarici borc öhdəlikləri kreditlər şəklində xarici borcun, o cümlədən birbaşa investisiya əlaqələri çərçivəsində cəlb edilənlərin azalması hesabına 15,3 milyard ABŞ dolları azalıb”-, məlumatda deyilir/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR