Universitetin şöbə müdiri hakim qarşısında: "Mənə dedi ki, 2500 manat verməlisən, amma..."
17-01-2022 [13:55]
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda iki şahid ifadə verib.
Şahid qismində ilk olaraq, Bakı İslam Universitetinin məzunu olmuş, sonradan əlavə təhsil üçün BSU-ya müraciət edən Təranə Ağayeva ifadə verib. Şahid bildirib ki, 2018-ci ildə təhsildə sosial-psixologiya ixtisasına qəbul olmaq üçün universitetə müraciət edib. Daha sonra Dürdanə Əliyeva ondan təhsil ödənişi üçün 2500 manat pul istəyib:
“Dürdanə xanımın otağına daxil olan kimi salam vermədən birbaşa neçə min gətirdiyimi soruşdu. Həmin vaxt bir anlıq çaşıb qaldım ki, dövlət universitetində belə şey olar? Mənə dedi ki, 2500 manat verməlisən, amma elanda 1500 manat yazılmışdı. Razılaşıb ilkin olaraq 1500 manat verdim. Üstündən bir müddət keçəndən sonra mənə zəng edib dedilər ki, sənin diplomunda problem var. Dürdanə Əliyeva mənə dedi ki, Təhsil Nazirliyi sənin diplomunu tanımır. Dedi ki, nazirlikdə tanışım var, 3 min manat ver ona deyim həll etsin. Həmin 3 min manatı da verdim. Bir müddət dərslərdə iştirak etdim”.
Şahid ifadəsində 3 illik təhsil müddətində Dürdanə Əliyevaya ümumilikdə 8 250 manat pul verdiyini bildirib. Şahid deyib ki, son ödənişi ötən ilin noyabr ayının 8-də təqsirləndirilən şəxsə ödəsə də, sonradan öyrənib ki, Dürdanə Əliyeva bir gün əvvəl işdən çıxarılıbmış.
Təqsirləndirilən şəxs şahidin ifadəsinə münasibət bildirərək, deyilənlərin yanlış olduğunu deyib. D.Əliyeva bildirib ki, Təranə Ağayevadan əlavə İslam Universitetinin dörd nəfər məzunu həmin vaxt təhsil alıb, onlarla bağlı heç bir problem olmayıb. O bildirib ki, diplom saxta olsaydı, şahid imtahanlarda iştirak edə bilməzdi.
Daha sonra şahid qismində Zərdab rayon sakini Elnur İmamzadə ifadə verib. Şahid bildirib ki, 2020-ci ildə nişanlı olduğu Elnurə Abdullayevanın əlavə təhsili ilə bağlı Bakı Slavyan Universitetinə müraciət edib. Universitetdə işləyən tanışları Fərrux adlı müəllim əlavə təhsil üçün 1600 manat pul verməli olduqlarını deyib:
“1600 manatı verdik. Sonradan problem oldu, Fərrux müəllim 1600 manatı geri qaytardı. İş də alınmadı”.
Prosesdə şahidin hazırkı ifadəsi ilə istintaq zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğu üçün əvvəlki ifadəsi elan olunub. Şahid əvvəlki ifadəsində Dürdanə Əliyeva ilə görüşdüyünü və nağd şəkildə ona 1600 manat pul verdiyini deyib.
Proses yanvarın 24-də davam etdiriləcək/Unikal.org.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sumqayıtda azyaşlıların "razborkası": 16 yaşlı yeniyetmə bıçaqlandı
Ərəblər daha bir məşhur məşqçi ilə anlaşdı
PSJ məhkəmədə uduzdu - Mbappeyə 61 milyon avro təzminat ödənləcək
"Ayaks" yapon müdafiəçi ilə anlaşdı
Balakəndə ağır qəza: ölən və xəsarət alanlar var
İsrail İordan çayının Qərb Sahilində 531 hektar torpağı ələ keçirib
Milyonlarla izləyicisi olan tiktoker canına qıyıb - Səbəb gizlədilir
Şagirdlərin fərdi inkişaf trayektoriyası real vaxtda necə formalaşır? - Vahid Tağıyev yazır
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Qəzza yenidən bombalanıb: ölənər var
Ərdoğan iki ölkəyə xəbərdarlıq etdi: "Qara dənizdə Türk gəmilərinin vurulması...." - Türkiyə lideri Ermənistanla əlaqədən də söz açdı
Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ərdoğanın silahdaşı aparıcılar haqda elə iddia irəli sürdü ki... - "Onlardan daha betəri var, əgər cinayət işi açılmazsa..."
Mürvət Həsənli İctimai Şuranın sədri oldu - KTN-də...
"Evdən iş" forması - Yeni qanun parlamentdə ilk oxunuşdan keçdi
Nərimanovda dərəbəylikdir - Şirkət sakinlərin istilik, elektrik və qaz xətlərini kəsib
Hakan Fidan ABŞ səfiri ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Volkan Dəmirəl istefaya göndərildi - Yeni təyinat oldu
General-mayor vəzifəsindən azad olunub
Mərc oyunları reklamı qadağan olunacaq - Türkiyədə
Prezident İlham Əliyev amnistiya elan edib - Nə qədər məhkum azad olunacaq? (YENİLƏNİB)
Azərbaycan və Türkiyə arasında yeni anlaşma: nələr olacaq? - TƏHLİL
Cəmil Həsənli növbəti dəfə istintaqa çağırıldı
Xətaidə pirotexniki vasitə satan şəxs saxlanıldı
Deputatlar bu tarixdə toplanacaq
"Fənərbağşa"dan ayrılan məşhur hücumçu yeni kluba keçir
Qənimət Zahidə ittiham aktı elan olunub - Məhkəmə prosesi
Deputat: "Ət ala bilməyən minlərlə ailə var, şadlıq evlərində isə tonlara kabab zibilə atılır"
Vergi Məcəlləsinə dəyişiklik olunub - DETALLAR
Bu xidmətlərdən dövlət rüsumu tutulmayacaq - Yeni qanun
Xocalının daha iki kəndinə köç olub
Sabah yağış yağacaq
Tramp BBC-dən 5 milyard dollar tələb edir - Məhkəmə qəlmaqalı
İrandan Azərbaycana 31 kq narkotik keçirənlər saxlanılıb
Generalın yerinə polkovnik təyin olunacaq? - Yeni iddia yayıldı
İndoneziyada fəlakət: hələ də 206 nəfəri cəsədi axtarılır
Azərbaycan və Türkiyə arasında daha bir Anlaşma ratifikasiya edilib