Mehman Əliyev: "Bu proses Nazarbayev erasının sonu deməkdir" -“Qazaxıstanla bağlı Türkiyə də prosesin içindədir…”
12-01-2022 [22:00]
Qazaxıstanda baş verən və hazırda da davam edən proseslər dünya gündəmində aktuallığını qoruyur. Dünyanın ən öndə gedən analitikləri Qazaxıstan hadisələri haqqında təhlillər aparır, bu prosesin Rusiya tərəfndən hazırlandığını, əsas məqsədin Nazarbayev amilini sıradan çıxarmaqla Qazaxıstanı siyasi baxımdan tam olaraq Moskvanın təsiri altına salmaq olduğunu bildirirlər.
Qazaxıstan Prezidenti Tokayevin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT), əslində isə rus ordusunun iki gündən sonra ölkədən çıxarılmasına başlanılacağını və bu prosesin 10 gün çəkəcəyini elan etməsi də növbəti gözlənilməz addım kimi qəbul olunur. Çünki çoxları Rusiyanın Qazaxıstandan belə asanlıqla çıxacağını gözləmir.
Mia.az xəbər verir ki, AzPolitika.info bu mövzu ətrafında “Turan” İnformasiya Agentliyinin direktoru, analitik Mehman Əliyevlə söhbətləşib:
– Mehman müəllim, Qazaxıstan hadisələri qəfil proses kimi ortaya çıxdı və hazırda bu “tapmaca”nın cavabı açıq qalmış kimi görünür. Sizcə, Qazaxıstanda nədən anidən etirazlar başladı, hökumət ölkəyə nəzarəti itirdi və nəticədə KTMT adı altında rus ordusu Qazaxıstana daxil oldu?
– Açığını deyim ki, mən də Qzaxıstanda baş verənlərlə bağlı konkret və daha açıq məlumatlar səsləndirə bilmərəm. Əlbəttə, müəyyən suallara cavablar var, amma cavabsız suallar da çoxdur. Fakt odur ki, Qazaxıstanda sosial-iqtisadi vəziyyət çox gərgin idi. İkincisi, güclü təbəqələşmə prosesi gedib. Yəni ədalətsizlik hökm sürüb. Eyni zamanda cəmiyyət-hakimiyyət münasibətləri faktiki olaraq mövcud deyildi. Azad seçkilər ümumiyyətlə yox idi, üstəlik korrupsiya, monopoliya, ədalətsizlik vardı. Bütün bunlardan törəyən digər yan problemlər də mövcud olub. Bu hallar da sonda müşahidə edilən vəziyyəti ortaya çıxarıb, insanlar müxtəlif bölgələrdə küçələrə çıxaraq etirazını ifadə edib.
İkincisi, hökumətin meydanlara çıxan əhalini görməzdən gəlib, hətta dövriyyəyə hansısa terrorçuların olması barədə fikirlər buraxıb. Amma sübut olunub ki, bütün bunlar nağıldır.
Bundan sonra nələr olacaq? Mənim fikrimcə, Qazaxıstanda hökumət məcburdur ki, sosial-iqtisadi vəziyyəti düzəltmək üçün iş aparsın, mümkündür ki, ictimaiyyətlə, siyasi qüvvələrlə dialoq yaratmağa cəhd ediləcək, həmçinin yeni parlament seçkilərinə gedilə bilər. Mən bundan sonra hökumətin belə addımlara gedəcəyini proqnozlaşdırıram. Zənnimcə, vəziyyəti sağlamlaşdırmaq üçün bunlara ehtiyac duyulacaq.
– Siz proseslərin görünən tərəfini və gözləntilərinizi açıqlayırsınız, amma məsələnin görünməyən siyasi tərəfləri də olmamış deyil. Necə oldu ki, KTMT-nin qüvvələri Qazaxıstana daxil olan kimi hər şey sakitləşdi və hakimiyyət ölkəyə nəzarəti tam bərpa etdiyini açıqladı?
– Qazaxıstanda vəziyyət nəzarətdən çıxırdı. Ona görə də, vəziyyəti tarazlaşdırmaq üçün KTMT oraya daxil oldu. Faktiki olaraq dövlət və onun qolları böhranlı vəziyyətə düşmüşdü. Üstəlik, etirazları idarə edən aparıcı qüvvə də yox idi. Yəni prosesi aparacaq nə şəxs, nə də təşkilat vardı. Çünki zamanında hamısını dənləyiblər. Belə vəziyyət müşahidə edilirdi və proseslər qarşısıalınmaz xaosa doğru irəliləyirdi. Bunun da qarşısını almaq lazım gəlirdi. KTMT də bu səbəbdən ölkəyə daxil oldu.
– Və beləcə Rusiya Qazaxıstanı siyasi baxımdan tam təsiri altına almış oldu…
– Mən bu cür düşünmürəm və belə yanaşmaları da qəbul etmirəm. Bunu cəfəngiyyat sayıram. Əksinə, hesab edirəm ki, Qazaxıstanda vəziyyətin kontrol altına alınması məsələsində hamının – Amerikanın, Avropanın, Rusiyanın, Çinin, Türkiyənin marağı var idi. Nəzərə almaq vacibdir ki, Qazaxıstanda böyük sərmayələr, işlər var. Heç kəs də problem istəmir. Odur ki, KTMT-nin Qazaxıstana ordu yeritməsi əslində vahid qərar idi. Siz elə baxmayın ki, bunu Rusiya təkbaşına həyata keçirib. Sadəcə olaraq, “yanğınsöndürən” kimi Rusiyanı qabağa salıblar ki, get odu söndür. Başqa sözlə, mən hesab edirəm ki, bu, razılaşdırılmış addım idi. Digər yanaşmaları real saymıram.
– Amma biz görürük ki, Qazaxıstan olaylarından öncə Putin NATO və ABŞ-a ultimatim verdi, açıq dedi ki, keçmiş SSRİ ərazisini onun təsir zonası kimi tanımaq lazımdır, əks halda Moskva sərt reaksiya verəcək, hərbi baxımdan addımlar atacaq…
– Hazırda ABŞ və Rusiya arasında təhlükəsizlik danışıqları gedir. Digər tərəfdən, Rusiya niyə istəməlidir ki, MDB məkanı başqa güc mərkəzlərinin təsiri altına keçsin? Məsələn, Rusiya güzəştə gedir və bunu edərkən gücünün olub-olmadığını nəzərə alır. Amma söhbət yalnız siyasi təsirlərdən getmir, həm də iqtisadi maraqlar var. Ona görə də, heç kim əlində olan imkanı başqasına vermək istəməz. Buna da təbii yanaşmaq lazımdır. Mən yenə deyirəm, Qazaxıstan kimi ölkədə və indiki mövcud vəziyyətdə tərəflər razılaşmış şəkildə hərəkət ediblər. Başqa sözlə, orada Rusiyanın eksklüziv imkanları, hərəkəti, yaxud “Moskva gəlib Qazaxıstanda dövlət çevrilişi edir ki, öz maraqlarını təmin etsin və ABŞ-ı oradan çıxarsın” kimi məsələlər yoxdur. Əksinə, bu, bütün tərəflər arasında razılaşdırılmış addımdır.
İndi amerkanlar bəyan edirlər ki, Qazaxıstan tərəfi xahiş edəndə ki, KTMT qoşunları ölkədən çıxsın, Rusiya tərəfi buna əməl etməlidir. Beləcə, Moskvaya xatırladırlar ki, sən başqa addım atma, orada vəziyyət düzələn kimi sənə deyiləcək və sən də çıxacaqsan. Çünki biz belə danışmışıq. Əslində, ABŞ bununla mesaj verir ki, biz vəziyyəti bilirik və proses nəzarət altındadır. Sözsüz ki, Cenevrə danışıqları zamanı da Qazaxıstan əsas müzakirə mövzusu olub. Bir sözlə, mən bu istiqamətdə problem görmürəm.
– Prezident Tokayev elan etdi ki, iki gündən sonra KTMT ordusunun Qazaxıstandan çıxarılmasına başlanılacaq və bu proses 10 gün çəkəcək. Siz inanırsınızmı ki, rus ordusu belə tezliklə bu ölkədən çıxmağa hazırlaşır?
– Mənim buna inamım var. Ancaq bu, həm də vəziyyətdən asılı olacaq. O mənada ki, vəziyyət tam stabildir, başqa proses başlamır və s. Mən hesab edirəm ki, Qazaxıstan hakimiyyəti artıq özünə gəlib, prosesi tam idarə edə bilər. Ola bilsin ki, cəmiyyət də buna hazırdır. Əlbəttə, indiki qərarlardan çox şey asılı olacaq. Artıq ölkədə yeni hökumət qurulub, Tokayev çıxışında sosial-iqtisadi məsələləri qaldırıb, onların həllini vacib sayıb. Yəni ilk addımlar atılıb. Mən demirəm ki,10 gün ərzində KTMT oradan çıxmalıdır. Zənnimcə, paralel proseslər gedəcək. Bir tərəfdən yeni qərarlar, xalqı razı salan addımlar atılacaq və bu fonda rusların oradan çıxması təmin ediləcək. Aydındır ki, rus ordusunun orada olması insanları daha çox qıcıqlandırır. Özü də təkcə sadə insanları deyil, bütövlükdə qazax xalqını. Məncə, bunu ruslar da anlayır və bilirlər ki, bu, problem yaradacaq. Bu mənada həmin ordu Qazaxıstandan çıxacaq. Sadəcə bir tərəfdən xalqı qane edən qərarlar, bir tərəfdən də rusların oradan çıxması müşahidə olunacaq. İndi həm də belə fikir formalaşır ki, ruslar oranı işğal etməyə gəlib. Sözsüz ki, belə fikirlərə də əsas verilməyəcək.
– Sizcə, Rusiya Qazaxıstanda 1990-cı ilin 20 yanvarını təkrarlamadımı?
– Bu barədə ilk olaraq mən yazmışam. Bəli, ruslar oraya qeyri-qanuni giriblər, bu məsələyə istinad etdikləri KTMT nizamnaməsinin 4-cü maddəsi şamil oluna bilməz. Çünki KTMT-nin 4-cü maddəsi əslində BMT-nin 51-ci mddəsinə istinad edir. Bu da işə salınmayıb. Deməli, rusların bu addımları işğaldır. Yəni bu, Qazaxıstan dövlətçiliyi və yeni tarixi üçün çox ciddi amildir. O mənada ki, artıq qazaxlar özlərini bir millət kimi qəbul edəcək və Rusiyadan daha çox uzaqlaşacaq. Biz bunu KTMT Qazaxıstana girməyə başlayanda ifadə etmişik. Əlbəttə, bu baş verənlər 1990-cı ildəki 20 Yanvar hadisələrinə oxşayırdı. Çünki bu olaylar hakimiyyətin siayasəti nəticəsində baş verib. Üstəlik burada rus qoşunlarını çağıranlar bəllidir və nəhayətdə ölənlər və yaralananlar da var. Bu olay 20 Yanvar hadisələrinə bənzərdir. Odur ki, təkcə Rusiyaya qarşı deyil, hakimiyyətə qarşı da cəmiyyətin iradı olacaq və hesabat tələb ediləcək.
– Sizcə, bundan sonra Qazaxıstanın siyasi orientasiyası necə olacaq, Rusiyaya daha da yaxınlaşmanı müşahidə edəcəyik, ya yox?
– Qazaxıstan illərdir ki, Rusiyadan uzaqlaşır. Bəli, onlar Qərbi də qəbul etməyiblər, amma buna baxmayaraq, sivil cəmiyyətlərə tərəf hərəkət müşahidə olunurdu. Hamı da bunu istəyirdi. Reallıqdır ki, kiminsə hakimiyyətdə maraqları var və bunu istəmirdi. Amma bütövlükdə proses o istiqamətdə gedirdi və indidən sonra da bu, davam edəcək, ola bilsin ki, hətta bir qədər sürətlənəcək.
Zənnimcə, burada Rusiya ilə problemlər və ya düşmənçilik yaranmayacaq. Verilən məlumatlardan belə çıxır ki, rus qoşunları Bakıdakı 20 yanvar hadisələrindən fərqli olaraq Qazaxıstanda işə salınmayıb. Onlar iğtişaşları yatırtmaq üçün istifadə olunmayıblar. Rus ordusu sadəcə, ölkədə mövcud olduğunu göstərib. Yəni, “biz gəlmişik, varıq, buradayıq”. Qazax xalqına güllə atan, iğtişaşları yatıran Qazaxıstan hüquq-mühafizə orqanları, ordusu olub. Bu da birbaşa Prezidentin əmri ilə həyata keçirilib. Bu baxımdan məsuliyyəti Qazaxıstan hakimiyyəti daşıyacaq.
– Belə olan halda, Prezident Tokayev hakimiyyətdə qala biləcəkmi?
– Qazaxıstan bundan sonra məcburdur ki, demokratiyaya doğru getsin. Xalq birmənalı olaraq bunu istəyəcək, hökumət də başa düşür ki, bunu etməlidir. Amma demokratiya yarımçıq olmur. Bu prosesin nəticəsi olaraq Tokayev hakimiyyətdən gedəcək. Bu da seçki nəticəsində baş verəcək. Başqa variant da ola bilər, amma mən hesab edirəm ki, proseslər bu istiqamətdə irəliləyəcək.
– Sizcə, Nazarbayev amili Qazaxıstan siyasətindən silindimi?
– Nazarbayev amili cəmiyyəti qıcıqlandırırdı. Çünki onun tayfası ölkə iqtisadiyyatını, gəlirli sahələri, siyasi sistemi tənzimləyirdi. Bu proses Nazarbayev erasının sonu deməkdir. Nazarbayev ailəsi artıq hakimiyyətdə qala bilməz və bu, əsas nəticədir. Ona görə də bu, artıq keçmişdə qalan məsələdir. Bəli, artıq Nazarbayevin özünün sağ olub-olmadığı, nə dediyi əhəmiyyət kəsb etmir.
– Qazaxıstan proseslərində Türkiyə amili nəzərə çarpmadı. Sizcə, Nazarbayevlə paralel olaraq, Türkiyənin də prosesdən kənarda saxlanması planları işlənmişdimi?
– Yox, məncə, Türkiyə də prosesin içindədir. Biz görürük ki, Türk Dövlətləri Təşkilatının toplantısı oldu, Qazaxıstana dəstək verildi və s. Bu, onu göstərir ki, Türkiyə Moskva, NATO və digər güclərlə koordinasiyada olub. Əməkdaşlıq var və bu göstərir ki, vəziyyətə nəzarət ekskuliziv şəkildə tam olaraq Moskvanın əlində deyil. Əslində, Moskva da maraqlıdır ki, bu güclər prosesdə iştirak etsin ki, onu daha tez tənzimləmək mümkün olsun və sabah Qazaxıstanda cəmiyyətlə hakimiyyət arasında vasitəçilik rolu oynamaq imkanları əldə etsin. Məncə, Türk Dövlətləri Təşkilatı da müəyyən mexanizmləri işə sala bilər. Ağsaqqallar Şurasının müraciəti olub. Yəni müəyyən mexanizmlər var ki, işə salına bilər. Rusiya və digər qüvvələr də buna etiraz etməyəcək.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rübəsi veriləcək - Yeni qanun
Sosial şəbəkədə narkotiki təbliğ edən şəxs həbs olunub
Bakıda 3 nəfər 27 kq narkotiklə tutulub
İRAN PULU DƏYƏRDƏN DÜŞDÜ, XALQ AYAĞA QALXDI - Mərkəzi Bank sədri istefa verdi, Prezident etirazçılara səsləndi (VİDEO, FOTOLAR)