Akardan rəsmi İrəvana çağırış: "Bunun ən böyük faydası Ermənistana olacaq"

img

03-01-2022 [20:47]


“Önəmli olan məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin möhtərəm Prezidentimizin çağırışı ilə uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük faydası Ermənistana olacaq. Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və daha sonra altıtərəfli münasibətlər, Qafqazda sabitliyin təmin edilməsi - indiki hədəf budur”.

Bu fikirləri Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Nazir Ermənistanın bu çağırışa reaksiyası barədə suala “Bu, dalandır. Ermənistan sülh və sabitliyə qayıtmağın zəruriliyini qəbul edərək bu yola daxil oldu”, - cavabını verib.

Hulusi Akar deyib: “Arzumuz budur ki, Qafqazda sülhün əlindən tutub sabitlik, əmin-amanlıq mühiti yaransın. Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA