Prezident “Müharibə veteranı” adının verilməsi ilə bağlı sərəncam imzaladı - DETALLAR
29-12-2021 [17:28]
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncamda deyilir:
1. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi kateqoriyalar əsasında 2022-ci il yanvarın 1-dən etibarən “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına uyğun olaraq “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – Azərbaycan Respublikası Prezidentinin təqaüdü) təyin edilməsi və ödənilməsi təmin edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bir ay müddətində:
2.1.1.“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərin kateqoriyalarının müəyyən edilməsini təmin etsin;
2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin;
2.2. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsini təmin etmək üçün tələb olunan vəsaitin 2022-ci ilin və növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görsün;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi:
3.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərin siyahısını 2022-ci il yanvarın 1-dən etibarən müəyyən edib Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, onlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsini, həmçinin bu barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin etsinlər;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsinlər.
4. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərin siyahısını 2022-ci il yanvarın 1-dən etibarən müəyyən edib Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, onlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsini, həmçinin bu barədə məlumatların 5 (beş) iş günündən gec olmayaraq kağız və elektron daşıyıcılarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını təmin etsinlər.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
5.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərə 2022-ci il yanvarın 1-dən etibarən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsini və ödənilməsini təmin etsin;
5.2. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
6. Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Respublika hərbi prokuroruna müavin təyin edildi - Kamran Əliyevdən yeni əmr imzaladı
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub
Bakı Su Kanal İdarəsinin rəsmisi: "Bizə dedilər ki, daha orada görəcək işiniz yoxdur" - Məhkəmədə inanılmaz iddialar səsləndi
"Bəzi blogerlər, tiktokerlər və əxlaqsız davranışları təbliğ edən ayrı-ayrı şəxslər..." - Xəbərdarlıq
Fil turisti öldürüb
Bakıya qar yağacaq - Xəbərdarlıq
Türkiyədə servis maşını aşdı: sürücü və 9 şagird xəsarət alıb
DYP sürücülərə müraciət edib
"Cahan Holdinq"in dövlətə 7 milyondan çox borcu varmış...
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək - Şərtlər