Fərid Şəfiyevdən Zəngəzur və Laçın dəhlizi ilə bağlı açıqlama: "Rusiya ilə Qarabağdakı fəaliyyətlə bağlı problemlər var"

img

28-12-2021 [12:07]


"Zəngəzur və Laçın dəhlizlərində tətbiq olunacaq qaydalar eyni olmalıdır".

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun illik fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatda "Zəngəzur dəhlizi" ifadəsi olmasa da, ancaq "maneəsiz hərəkət" yer alıb: "Hazırda Azərbaycan üçün Laçın dəhlizinə nəzarət daha vacibdir"/Report.

Mərkəz rəhbəri qeyd edib ki, Rusiya ilə əlaqələrimiz konstruktiv və müsbətdir: "Bəli, problemlər var, xüsusilə Qarabağdakı fəaliyyətlə bağlı. Bununla belə, siyasətimiz emosiyasız, düşünülmüş olmalıdır. Məhz bu səbəbdən Şuşa bəyannaməsi regionda balans yaradır".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR