Putin MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə: "Sovet İttifaqı dövründən qalma əlaqələr..." - İlham Əliyev Putinlə bir arada (VİDEO/FOTOLAR)
28-12-2021 [16:18]
Dekabrın 28-də Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi naharı başlayıb.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edir.
***
"Əməkdaşlıq sayəsində MDB ölkələri pandemiyanı bir çox ölkələrə nisbətən daha yaxşı keçirir".
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi görüşü zamanı bildirib.
Putin həmkarlarına koronavirus panemiyasına qarşı birgə mübarizə tədbirlərini müzakirə etməyi təklif edib.
“Həmkarlarımız gündəlik rejimdə konkret və dərin əməkdaşlıq edirlər. Söhbət birgə elmi fəaliyyət, dərman preparatlarının və profilaktik vasitələrin hazırlanması, test sistemlərinin mübadiləsi və bu xəstəliyə qarşı digər mübarizə üsulları sahəsində əməkdaşlıqdan gedir”, - Putin deyib.
O, son onillik ərzində xeyli dəyişikliklərin, o cümlədən köklü dəyişikliklərin baş verdiyini, lakin MDB-nin yaradılmasının özünü doğrultduğunu, bir çox istiqamətlər, o cümlədən təhlükəsizliyin təmin edilməsi və iqtisadiyyat sahəsi üzrə inteqrasiyanın dərinləşdiyini qeyd edib.
“Ümumilikdə, Sovet İttifaqı dövründən qalma əlaqələr öz müsbət rolunu oynayır. Ümumi kommunikasiyalar, tərəfdaş kimi fəaliyyət göstərən ümumi müəssisələr nəinki qorunub saxlanılıb, tamamilə yeni bazada xeyli inkişaf əldə olunub. Bu, bizə keçmişdən qalmış imkanları və konkret üstünlükləri saxlayaraq, ağır pandemiya dövrünü arxada qoymağa imkan verir. Bu çətinliklərə dünyanın bir çox ölkələrinə nisbətən daha yaxşı sinə gələ bilirik” –Putin əlavə edib/Report.
***
Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edir.
****
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək.
Mia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ənənəvi olaraq MDB üzv ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü olacaq.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistanın Baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasımjomart Tokayev, eləcə də bu ölkənin ilk Prezidenti, Elbası Nursultan Nazarbayev, Qırğız Respublikasının Prezidenti Sadir Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rahmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər.
***
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənsistanın Baş naziri Paşinyan arasında növbəti görüş olacaq.
Mia.az xəbər verir ki, bu barədə Paşinyan açıqlama verib.
O bildirib ki, dekabrın 28-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi ölkələri dövlət başçılarının qeyri-formal görüşü çərçivəsində İlham Əliyevə görüşəcək: "Belə əlaqə mütləq olacaq".
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub
Bakı Su Kanal İdarəsinin rəsmisi: "Bizə dedilər ki, daha orada görəcək işiniz yoxdur" - Məhkəmədə inanılmaz iddialar səsləndi
"Bəzi blogerlər, tiktokerlər və əxlaqsız davranışları təbliğ edən ayrı-ayrı şəxslər..." - Xəbərdarlıq
Fil turisti öldürüb
Bakıya qar yağacaq - Xəbərdarlıq
Türkiyədə servis maşını aşdı: sürücü və 9 şagird xəsarət alıb
DYP sürücülərə müraciət edib