Sabiq icra başçısı aclıq aksiyasını dayandırdı: "Ona duru yemək gətirildi və..." - Adil Qeybulla danışdı (Xəbər yenilənib)
16-12-2021 [17:31]
41 günlük aclıq aksiyasını dayandıran Gədəbəy rayonunun hazırda həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmli ilə həkim Adil Qeybulla görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Adil Qeybullanın özü açıqlama yayıb.
O bildirib ki, bu Penitensiar xidmətinin Müalicə müəssisəsində aclıq aksiyası keçirən dostu Saleh Rüstəmli ilə növbəti dəfə görüşüb:
"Aclığın 41-ci günü idi. Aclıq aksiyasına Saleh bəyin səhhətində problemi olan qardaşı və bəzi fədakar şəxslər də qoşumuşdu, bu isə Saleh bəyi xeyli narahat edirdi. O, heç kimin ona görə əziyyət çəkməsinə razı deyildi. Hazırda pandemiya davam etdiyindən onun yenidən COVID-19-a yoluxması zamanı indiki aclıq durumunda qorxulu fəsadların və səhhəti üçün arzuolunmaz situasiyanın yaranmasının qarşısını almaq məqsədilə Saleh bəydən təkidlə aclığı dayandırmasını xahiş etdim. Həqiqətən də istənilən an fors-majorla üz-üzə idik.
Saleh Rüstəmli bütün deyilənləri anlayışla qarşıladı və aclığı dayandırdı. Ona duru yemək gətirildi və mənim nəzarətimlə qidanı qəbul etdi. Sonrakı qidalanma rejimi ona izah edildi.
Bir həftədən çoxdur ki, Saleh bəyə parenteral dəstək müalicəsi aparılır. Onun səhhətinin sonrakı bərpası da nəzarət altında davam etdiriləcək. Bu prosesə səmimi dəstəyi olan bütün insanlara təşəkkür edirəm"
***
Gədəbəy rayonunun hazırda həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmli aclıq aksiyasını dayandırıb, hazırda səhhəti qaydasındadır..
Mia.az xəbər verir ki, bu barədə Penitensiar Xidməti məlumat yayıb.
Xatırladaq ki, o, 41 gün idi aclıq aksiyası keçirirdi. Sabiq icra başçısının azadlığı üçün Bakıda bir neçə aksiyaya cəhd olub, xeyli tanınmış simalar müraciətlər imzalayıb.
Dünən onun komaya düşməsi barədə açıqlama yayılıb. Bunu da vəkil Bəhruz Bayramov mətbuata təsdiq edib.
Qeyd edək ki, 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı vəzifəsində çalışmış S.Rüstəmli 2018-ci ildə həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü S.Rüstəmli 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub