Almaniyada qadın müdafiə naziri təyin olundu

img

08-12-2021 [16:10]


Almaniyanın keçmiş ədliyyə naziri Kristina Lambrext müdafiə naziri təyin olunub.

“RİA Novosti” xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 8-də uyğun sərəncam imzalayıb.

Bildirilib ki, Kristina Lambrext Almaniyanın ardıcıl üçüncü qadın müdafiə naziridir. Ondan əvvəl Urusla fon der Lyayen və Anneqret Kramp-Karrenbauer bu postu tutublar.

K.Lambrext bu gün kansler seçilən Olaf Şoltsun təmsil olunduğu Sosial-Demokrat Partiyasındandır. O, hüquqçu və siyasətçidir. Silahlı qüvvələr sahəsində təcrübəsinin olmadığı bildirilir. 2019-cu ildən ölkənin ədliyyə naziri işləyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA