Mançini qorxaqlıqdan, Mourinyo azarkeşlərdən danışdı

img

27-02-2014 [10:00]



"Qalatasaray" klubunun baş məşqçisi Roberto Mançini ÇL-ın 1/8 final mərhələsində "Çelsi"yə qarşı keçirdikləri oyun (1:1) haqda açıqlama verib.

Italiyalı çalışdırıcı komandasının çox səhvlərə yol verdiyini vurğulayıb:

"Çelsi"yə həddindən artıq hörmətlə yanaşdıq. İlk 20 dəqiqədə 4-5 kobud səhvimiz oldu. İkinci hissədə isə oyuna nəzarəti ələ aldıq".

Mançini İzzət Hayroviçi ilk hissədə əvəzləməsinə də münasibət bildirib: "Yekta ilə oyuna başlamağı düşündüm. Ancaq hücum futboluna çox üstünlük verməkdən çəkindim. Qalib gəlmək üçün daha artığını etməli olsaq da, bacarmadıq. Turu keçmək üçün bundan yaxşı oynamalıyıq".

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo oyun haqda fikirlərini bildirib. O, 1:1 hesablı nəticədən razı qalmadığını bildirib:

"Nəticə məni razı sala bilməz, hesab ədalətli olmadı. İlk hissədə çox yaxşı oynadıq. İkinci qolu vurmalı idik. Şanslarımız oldu, ancaq dəyərləndirə bilmədik. İkinci hissədə rəqib çox istəkli idi. Buna görə də layiq olduqları qolu vurdular. Müdafiəyəmeyilli oynadıq. Bu səbəbdən Sneyder və Droqba üçün çətin oldu. Şansları bərabər görürəm. Ancaq itirən tərəf "Qalatasaray"dır. Çünki 1:1 hesablı nəticə bizə sərf edir". 

Mourinyo türkiyəli azarkeşlərə heyran olduğunu da gizlətməyib: "Türk azarkeşləri sevirəm. Cavab oyununda onların sayı 4-5 min olacaq. Bizim azarkeşlər onlar qədər yaxşı olmasalar da, oyunumuza dəstək verəcəklər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA