Prezidentin köməkçisi: "Dayanıqlı sülh bütün region ölkələri üçün faydalı olacaq"
02-12-2021 [11:27]
"Azərbaycan Ermənistan ilə sülh danışıqlarının başlanmasında və regionda dayanıqlı sülhün təmin edilməsində maraqlıdır".
Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dayanıqlı sülh bütün region ölkələri üçün faydalı olacaq.
Prezidentin köməkçisi işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni abidələrinin sistemli şəkildə məhv edildiyini bildirib.
O, beynəlxalq ictimaiyyəti buna diqqət yetirməyə və Ermənistanın vandallığına qiymət verməyə, həmçinin beynəlxalq institutları işğaldan azad edilmiş ərazilərə qiymətləndirmə missiyası ilə səfər etməyə çağırıb.
H.Hacəyevin sözlərinə görə, Azərbaycan bölgənin geosiyasi mənzərəsini dəyişib və bütün Cənubi Qafqaz regionunda dəyişikliklər üçün yeni sülh quruculuğuna başlayıb: “Azərbaycanın 44 günlük müharibədə qəti qələbəsi inteqrasiya olunmuş Cənubi Qafqaz və regionda sülh quruculuğu səyləri üçün əlavə imkanlar yaratdı. Azərbaycanın strategiyası müharibədə qələbə qazanmaqla yanaşı, həm də sülhə nail olmaqdan ibarətdir. Bununla əlaqədar olaraq, Azərbaycan Prezidenti İlham Əliyev suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipinə riayət etməklə Ermənistan ilə sülh danışıqlarına başlamağı təklif edib”.
Mia.az
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq