Dünya çempionatının püşkü atıldı - CƏDVƏL

img

29-11-2021 [20:15]


2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunacaq klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.

Mia.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə ilk 3 mərhələdə, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

UEFA Çempionlar Liqasının son qalibi olan İngiltərə "Çelsi"si və Libertadores Kubokunun son sahibi Braziliya "Palmeyras"ı mübarizəyə yarımfinal mərhələsindən başlayacaq.

I mərhələ

1. "Əl-Cəzirə" (Birləşmiş Ərəb Əmirlikləri) - "Oklend Siti" (Yeni Zelandiya)

II mərhələ

2. "Əl-Əhli" (Misir) - "Monterrey" (Meksika)

III mərhələ

3. "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) - 1-ci cütün qalibi

Yarımfinal

4. "Palmeyras" (Braziliya) - 2-ci cütün qalibi

5. 3-cü cütün qalibi - "Çelsi" (İngiltərə)

Qeyd edək ki, klublararası dünya çempionatı 3 - 12 fevralda olacaq. Oyunların dəqiq tarixi hələlik bəlli deyil. Turnirin son qalibi Almaniya "Bavariya"sıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA