Kevin De Brüyne 2021-ci ilin ən yaxşı pleymeykeri seçilib

img

29-11-2021 [17:54]


İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kevin De Brüyne 2021-ci ilin ən yaxşı pleymeykeri seçilib.

Məlumata görə, Belçika millisinin yarımmüdafiəçisi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən bu ada yiyələnib.

30 yaşlı oyunçu 160 xalla bütün rəqiblərini qabaqlayıb. Argentina yığmasının və Fransa PSJ-sinin hücumçusu Lionel Messi 105 xalla 2-ci olub. İngiltərənin "Mançester Yunayted" klubundan Brunu Fernandeş və Almaniya "Bavariya"sından Tomas Müller hərəyə 15 xalla 3 - 4-cü yerləri bölüşdürürlər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA