Rusiya Prezidentinin xüsusi nümayəndəsi İrana səfər edib

img

29-11-2021 [17:47]


Rusiya Prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov noyabrın 29-da İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianla Tehranda görüşüb.

Məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Suriyadakı vəziyyətin tənzimlənməsi üçün Rusiyadan nümayəndə heyəti İrana səfər edib. Səfər zamanı tərəfləri maraqlandıran əhatəli məsələlər müzakirə olunub.

Noyabrın 30-da Mixail Boqdanov İraqın paytaxtı Bağdada, oradan isə Ərbilə səfər edəcək. Səfər çərçivəsində regional məsələlərin müzakirə olunacağı gözlənilir/rEPORT.

Digər xəbərlər
SON XƏBƏRLƏR