Partiya sədri 200 manat cərimələnib - Toya görə

Partiya sədri 200 manat cərimələnib - Toya görə 

SİYASƏT

26.11.2021, 13:39

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozduğu üçün polis tərəfindən cərimələnib.

Mia.az Demokrat.az-a istinadla xəbər verir ki, Əli Əliyev vaksini olmadan noyabrın 25-də saat 20:00 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsi 7 ünvanında yerləşən "Cıdır" restoranında toy mərasiminə qatılıb. Sözügedən restoranda polis tərəfindən aparılan yoxlama zamanı Əli Əliyevin xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozması faktı aşkarlanıb.

Nəticədə Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları tərəfindən Əli Əliyev qanunun tələblərinə uyğun olaraq, 200 AZN cərimə olunaraq, restorandan uzaqlaşdırılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR