Bölgələrdən paytaxta daşınan mallar və satılan maşınlar... - Onlar vergiyə necə cəlb olunacaq? (DETALLAR)
24-11-2021 [11:49]
Gələn ildən səyyar daşıyıcılar elektron qaimə tərtib etmədən bölgələrdən paytaxta mal tədarük edə bilməyəcəklər.
Mia.az xəbər verir ki, bu sözləri Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev Report-a açıqlamasında deyib.
O bildirib ki, bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb:
“Vergi Məcəlləsinə təkllif olunan dəyişikliklərdə mühüm məqamlardan biri də vergi ödəyicilərinin vəzifələrinin artırılmasıdır. Bu vəzifələrə elektron sənədlərin, o cümlədən elektron qaimə-fakturaların artırılması və bir çox məlumatların elektron qaydada ötürülməsi daxildir. Əlavə edilən elektron formada sənədlər deyərkən, elektron əmtəə-nəqliyyat qaiməsi, yük avtonəqliyyatı üçün elektron yol vərəqi, aksizli malların (neft məhsulları istisna olmaqla) elektron təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası və ixrac qeydi ilə satış elektron qaimə-fakturasının tərtibi nəzərdə tutulur.
Vergi ödəyiciləri malsatanlardan, həmçinin vergi orqanında uçotda olmayan fiziki şəxslərdən aldıqları malları, o cümlədən kənd təsərrüfatı məhsullarını ümumi istifadədə olan avtomobil yollarına çıxararaq avtomobil nəqliyyatı vasitəsilə alıcının obyektinə, aidiyyəti topdan satışı ilə məşğul olan ticarət obyektlərinə, bazarlara daşımaq üçün elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqi tərtib etməli olacaqlar. Məsələn, “Meyvəli” bazarın yaxınlığında vergi nəzarət postları qurulacaq ki, həmin sənədlərlə rəsmiləşdirilməyən daşımaları həyata keçirən yük avtomobilinin postdan keçməsinə, yəni bazara daxil olmasına icazə verilməyəcək. Vergi ödəyicilərinin elektron qaimə-fakturalar üzrə sənəd yükünün artırılması vergi orqanı tərəfindən vergi nəzarəti tədbirlərinin çevik təmin edilməsinə və nəticə etibarı ilə kölgə iqtisadiyyatının əhatəsinin daraldılmasına xidmət edir”.
M.Babayev bildirib ki, sözügedən dəyişiklikliyin daha çox tədarükçülərə təsiri vardır:
“Əvvəllər bölgələrdə kənd təsərrüfatı məhsullarının tədarükçüləri yerlərdə insanlardan həmin məhsulları alıb bazara çıxarırdılar. Lakin həmin malların bazarlara gətirilməsi bir çox uçotdan və nəzarətdən kənarda qalırdı. Bu da qeyri-formal qazança gətirib çıxarırdı. Əgər təkliflər reallaşarsa, onlar real vaxt rejimində müvafiq elekton sənədlər tərtib etməli olacaqlar. Bununla da vergi orqanı həmin nəqliyyat vasitəsinin real vaxt rejimində yükü haradan, nə vaxt götürdüyü, yükün alış sənədinin olub-olmamasını, daşıyıcının kim olmasını, nəqliyyat vasitəsinin fərqlənmə nişanının olub-olmadığını biləcək. Qeyd edim ki, nəqliyyat vasitəsi üçün fərqlənmə nişanı almayan sürücü və mal sahibi bu elektron sənədləri yaza bilməyəcək. Bu dəyişiklik şəxsi istehlak məqsədləri üçün yükünü daşıyan əhaliyə aid deyil, vergi ödəyicilərinə aiddir. Məsələn, regionda yaşayan vətəndaş özü ilə şəxsi təsərrüfatında yetişdirdiyi hər hansı məhsulu Bakıya satmaq üçün gətirirsə bu məsələlər ona aid olmayacaq. Burda söhbət kəndlidən malı alaraq, həmin malı emalçılara və bazarlara gətirən, eyni zamanda vergi uçotuna durmalı olan "tədarükçülərin" uçota gətirilməsindən gedir. Həmin malların daşınması ilə bağlı əməliyyatlar elektronlaşdırılır ki, vergi orqanı bu proseslərdən məlumatlı olsun və operativ vergi nəzarəti tədbirlərini həyata keçirə bilsinlər”.
M.Babayev “Nağdsız hesablaşmalar haqqında” qanuna da təklif edilən bəzi dəyişikliklərdən danışıb:
“Nağdsız qaydada aparılan əməliyyatların əhatə dairəsinin artırılması da nəzərdə tutulub. Məsələn, tibb müəssisələrin, xəstəxanaların tibbi xidmətlərindən istifadə edənlər, pərakandə ticarət obyektlərində pərakəndə qaydada alış-veriş edənlər, avtomobil alanlar alışın dəyərini qanunda nəzərdə tutulan həddə nağdsız qaydada ödəməli olacaqlar. Məsələn, maşın bazarlarında avtomobil alqı-satqısı ilə məşğul olan vergi ödəyicisi olan alverçilər tərəfindən ikinci əl avtomobillərin alqı-satqısı zamanı etibarnamə əsasında və ya şəxsən avtomobilin sahibindən avtomobili öz adına keçirərkən alıcıdan nağd deyil, nağdsız qaydada ödəniş tələb ediləcək. Bu o deməkdir ki, artıq maşın bazarlarında olan alverçilərin də fəaliyyəti vergi orqanı tərəfindən nəzarətə götürülə biləcəkdir.
Eyni zamanda bir əməliyyat çərçivəsində 500 manatdan yuxarı tibbi xidmətlərin ödənişi nağdsız qaydada olacaq. Artıq bu praktikanı vətəndaşlar tərəfindən sığorta haqlarının ödənişini nağdsız qaydada necə həyata keçirdiyini görürük, həmin qaydada da dəyəri 500 manatdan yuxarı olan tibi xidmətlərin ödənişi vərdişləri cəmiyyətdə tez formalaşacadır”.
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi