Avropa Məhkəməsi Polşaya qarşı cərimə sanksiyası tətbiq edib - "...gündəlik 1 milyon avro ödəməlidir"

Avropa Məhkəməsi Polşaya qarşı cərimə sanksiyası tətbiq edib - "...gündəlik 1 milyon avro ödəməlidir"

DÜNYA

27.10.2021, 17:00

Avropa Məhkəməsi Polşaya qarşı cərimə sanksiyası tətbiq edib.

Məhkəmənin qətnaməsinə əsasən, Polşa Ali Məhkəməsinin İntizam Palatası ləğv edilənədək bu ölkənin hökuməti Avropa Komisiyasına gündəlik 1 milyon avro ödəməlidir.

Xatırladaq ki, bu il iyul ayında Avropa Məhkəməsi Polşa Ali Məhkəməsi İntizam Palatasının fəaliyyətini və qanunlardakı bəzi müddəaların dayandırılmasını hakimlərin müstəqilliyinə xələl gətirən hal kimi dəyərləndirərək sözügedən palatanın ləğv olunmasını zəruri hesab edib/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR