Toxum və əkin materialları sahəsində yeni dövlət standartı təsdiqlənib

img

27-10-2021 [13:20]


Azərbaycanda toxum və əkin materialları sahəsində beynəlxalq standartlara uyğun tənzimlənməni təmin etmək məqsədilə AZS 130-2021 “Kənd təsərrüfatı bitkilərinin toxumlarının analiz qaydaları. Qəbul qaydaları və toxum nümunələrinin götürülmə metodları” dövlət standartı təsdiqlənib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, standartı “Toxum və əkin materialları”nın standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında, Dövlət Xidmətinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutu təsdiqləyərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib. Yeni sənədin qüvvəyə minməsi ilə əlaqədar AZS 130-2005 “Kənd təsərrüfatı bitkiləri toxumları. Qəbul qaydaları və toxumlardan nümunələrin götürülmə üsulları” dövlət standartı qüvvədən düşüb.

Kənd təsərrüfatı bitkilərinin (pambıq, dərman bitkiləri, gül bitkiləri və efir yağlı bitkilər istisna olmaqla) toxumlarına şamil olunan yeni standart səpin keyfiyyətini təyin etmək üçün qəbul qaydalarını və nümunə götürmə metodlarını müəyyən edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 08.12.2021

Sabah yağış yağacaq