Azərbaycanlı məşqçi seksual zorakılıq ittihamı ilə həbs olundu - Gürcüstanda

Azərbaycanlı məşqçi seksual zorakılıq ittihamı ilə həbs olundu - Gürcüstanda

İDMAN

22.10.2021, 18:05

Gürcüstanda seksual xarakterli zorakılıqda ittiham olunan Azərbaycan vətəndaşı Qurban Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Mia.az Report-un yerli bürosuna istinadla xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.

Q.Əliyevin vəkili, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirov müdafiə etdiyi şəxsə böhtan atıldığını bildirib. O, məhkəmə qərarından Apelyasiya Məhkəməsinə şikayət veriləcəyini deyib.

Qeyd edək ki, Q.Əliyev yeniyetmələrdən ibarət “Marneuli” futbol komandasının məşqçisidir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR