Çempionlar Liqası: "Beşiktaş" darmadağın oldu, "Real Madrid", "Liverpul", Ayaks və "Mançester Siti" isə böyük hesabla qalib gəldi
20-10-2021 [09:01]
UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha 6 oyunu keçirilib.
A qrupunda PSJ Fransada Almaniya "Leyptsiq"ini sınağa çəkib. Görüş Paris təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qollardan ikisini Lionel Messi vurub.
Gecənin ən maraqlı matçlarından biri B qrupunda baş tutub. İngiltərə "Liverpul"u İspaniyada "Atletiko" (Madrid) klubuna 3:2 hesabı ilə qalib gəlib. Madrid təmsilçisi 52-ci dəqiqədə azlıqda qalıb. Antuan Qrizmann birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Qrupun digər oyununda İtaliya "Milan"ı Portuqaliyada "Portu"ya minimal hesabla uduzub.
C qrupunda Niderland "Ayaks"ı evdə Almaniyanın "Borussiya" (Dortmund) klubunu darmadağın edib - 4:0.
D qrupunda turnirin sürpriz komandası olan Moldova "Şerif"i İtaliyada "İnter"lə qarşılaşıb. İlk 2 görüşdə maksimum nəticəyə imza atan Tiraspol təmsilçisi bu dəfə məğlub olub. Digər oyunda İspaniya "Real Madrid"i Ukraynada Donetsk "Şaxtyor"unun qapısından 5 cavabsız top keçirib.
Çempionlar Liqası, qrup mərhələsi
III tur
19 oktyabr
A qrupu
20:45. "Brügge" (Belçika) - "Mançester Siti" (İngiltərə) - 1:5
Qollar: Hans Vanaken, 81 - Juan Kanselu, 30, Riyad Mahrez, 43 (penalti); 84. Kayl Uoker, 53. Koul Palmer, 67
23:00. PSJ (Fransa) - "Leyptsiq" (Almaniya) - 3:2
Qollar: Kilian Mbappe, 9. Lionel Messi, 67; 74 (pen.) - Andre Silva, 28. Nordi Mukiele, 57
Xal durumu: PSJ - 7, "Mançester Siti" - 6, "Brügge" - 4, "Leyptsiq" - 0.
B qrupu
23:00. "Portu" (Portuqaliya) - "Milan" (İtaliya) - 1:0
Qol: Luis Dias, 65
23:00. "Atletiko" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) - 2:3
Qollar: Antuan Qrizmann, 20; 34 - Məhəmməd Salah, 8; 78 (pen.). Nabi Keyta, 13
Qırmızı vərəqə: Antuan Qrizmann, 52 ("Atletiko")
Xal durumu: "Liverpul" - 9, "Atletiko" - 4, "Portu" - 4, "Milan" - 0
C qrupu
20:45. "Beşiktaş" (Türkiyə) - "Sportinq" (Portuqaliya) - 1:4
Qollar: Kayl Larin, 24 - Sebastyan Koates, 15; 27. Pablo Sarabia, 44 (penalti). Paulinyo, 89
23:00. "Ayaks" (Niderland) - "Borussiya" (Dortmund, Almaniya) - 4:0
Qollar: Marko Roys, 11 (avtoqol). Deyli Blind, 25. Antoni Santus, 57. Sebastyen Allye, 72
Xal durumu: "Ayaks" - 9, "Borussiya" - 6, "Sportinq" - 3, "Beşiktaş" - 0.
D qrupu
23:00. "İnter" (İtaliya) - "Şerif" (Moldova) - 3:1
Qollar: Edin Ceko, 34. Arturo Vidal, 58. Stefan De Vrey, 67 - Sebastyen Till, 52
23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Real Madrid" (İspaniya) - 0:5
Qollar: Sergey Krivtsov, 38 (avtoqol). Vinisius Junior, 51; 56. Rodriqo. 65. Kərim Benzema, 90+1
Xal durumu: "Şerif" - 6, "Real Madrid" - 6, "İnter" - 4, "Şaxtyor" - 1
Report
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"
Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır
"Azəriqaz"da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i "kəsilib"
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Milli Məclisin növbəti iclasının vaxtı bəll olub
Mədəniyyət sahəsində qrantlar... - Maliyyələşmə qaydası haqda yeni qanun qəbul edildi
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılacaq
Daha bir kollec direktoru vəzifədən azad edildi
"Kinematoqrafiya haqqında" qanuna dəyişib