"ARVADIMLA İNTİM VİDEOSUNU GÖRDÜM..." - Qonşusunu güllələyən şəxs təfərrüatları açıqladı
19-10-2021 [16:00]
Yevlaxda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Qorxmaz Həsənəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.
İttihama görə, hadisə bu il fevralın 21-i saat 13 radələrində Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində qeydə alınıb.
Belə ki, Q. Həsənəliyev aralarında yaranmış̧ mübahisə zamanı odlu silahdan atəş açaraq qonşusu 1983-cü il təvəllüdlü Xəyal Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Q. Həsənəliyev tutulub. Həsənəliyev ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində bildirib ki, 2016-cı ildə Oğuz rayonu Xaçmaz kənd sakini olan dayısı qızı Sevil(şərtidi) ilə ailə həyatı qurub: “Birgə nikahımızdan 1 azyaşlı övladım var. 2019-cu ildə maddi vəziyyətim zəif olduğundan Rusiyaya “Çerkez” bazarına işləməyə getdim. İki-üç ay işləyirdim ki, evdən zəng etdilər. Dedilər ki, atanının vəziyyəti pisdir. Mən də rayona qayıtmalı oldum. Evə gələndən sonra atam mənimlə təklikdə söhbət etmək istədi. Qırağa çəkildik. O, Sevilin məni aldadaraq xəyanət etdiyini dedi. Və tapşırdı ki, Sevilin ana və atasına zəng edərək onu burdan aparmalarını istəyim. Atamdan Sevilin məni kimlə aldatdığını soruşdum. O, qonşumuz Xəyalla münasibəti olduğunu dedi. Həmin vaxt evdən çıxaraq Xəyalın mobil telefonuna zəng edərək görüşmək istədim. Lakin Xəyal Bakıda olduğunu deyərək, telefonda məni təhqir edib, dəstəyi qoydu. Həmin vaxt Sevili ata və anası aparıb getmişdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bir neçə həftə sonra Oğuza gedib: “ Fikrim vardı ki, Sevilin ana və atası ilə söhbət edim. Anası xəstə olduğu üçün çox söhbətlər edə bilmədim. Sevillə qısa bir görüşüm oldu. O mənə “bağışla” deyərək ağladı. Başqa heç nə danışmadı. Oğuzdan qayıdandan sonra boşanma ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət etdim. Bir ay ərzində Sevildən boşandım. Övladım da anasının himayəsində qaldı. Lakin həmin vaxtlar utandığımdan heç yerə çıxa bilmirdim. Bu vaxt Xəyal rayona qayıtmışdı. Yoldan keçəndə hərdənbir mənə eyham vuraraq qonşularında bir dənə kişi olmamağını deyirdi. Bunlara dözə bilmirdim. Ona görə bir neçə aylıq Cəlilabada qardaşımın evinə getdim”.
Q. Həsənəliyev bildirib ki, iki ay qardaşıgildə qaldıqdan sonra yenidən Yevlaxa qayıdıb:
“Kənddə qala bilmirdim. Uşaq üçün də darıxmışdım. Ona görə Oğuza uşağımı görməyə getdim. 4-5 gün dayımgildə qaldım. Təxminən hadisədən 4-5 gün əvvəl Yevlaxa geri qayıtdım. Hadisə günü evdə tək idim. Xarici ölkəyə getmək haqqında düşünürdüm. Bu səbəbdən xarici pasportu axtarırdım. Orada tapa bilmədiyimdən evdəkilərin çantalarına baxdım. Bu zaman qarşıma telefon kartı və bir neçə disk çıxdı. Kartı telefonuma taxanda gördüm ki, arvadım Sevillə qohumumuzun mesajları var. Orada Sevil qohumumuza Xəyalla olan münasibətlərini etiraf edir. Səs yazısında isə Sevil Xəyalın bu münasibət haqqında heç kimə məlumat verməyəcəyini deyir. Həmin vaxt əsəblərim tarıma çəkildi. Diskləri evdəki DVD-yə taxdım. Bu zaman arvadımın Xəyalla intim görüntüləri üzə çıxdı. Görüntülərin evin həyətində atam tərəfindən gizli çəkilmişdi. Atam bu videoları gələcəkdə məhkəmədə sübut üçün qeydə alaraq saxlayıb. Əlim ayağım əsməyə başladı. İlk öncə diskləri götürüb əmimgildə olan atamın yanına getmək istədim. Sonra fikrimi dəyişərək evə qayıtdım. Artıq özümdən utanırdım. Gecəni səhərə qədər yata bilmədim. İntihar haqqında düşünürdüm. Lakin Xəyalın məni çöldə lağa qoyması, söz atması mənə təsir edirdi. Onun bizim ailəmizin şərəf və ləyaqətinə sataşmasını qəbul edə bilmirdim”.
İttiham olunan şəxs deyib ki, səhəri gün Xəyalı küçədə görüb: “ Həyətə hava almaq üçün çıxmışdım. Bu vaxtı Xəyalın haradansa gəldiyini gördüm. O, mənə çatana yaxın mənə “peysər”, daha sonra isə “mənim qonşularım nə gündədir” deyib getdi. Artıq dözə bilmirdim. Evə girərək öz adıma sənədləşmiş qoşalüləli “TOZ” markalı 16 kalibrli tüfəngi sandıqdan götürdüm. Silahı götürüb ədyalın arasında olan 2 dənə patronu gödəkcəmin cibinə qoyub silahı yığdım və Xəyalgilin evinə getdim. Uzaqdan gördüm ki, Xəyal əlində araba ilə mən tərəfə gəlir. Qabağına çıxıb, silahı onun üzərinə tuşlayaraq “ay şərəfsiz sən idin mənim qapıma girən? dedim. O isə “nədir indi qeyrətə gəlmisən?” dedi. Mən olanlardan tam xəbərdar olmadığımı bildirdim. Sonda isə “artıq bu kənddə heç kimin anasına və ya bacısına sataşa bilməyəcəksən” deyib silahı nişan alıb Xəyala ilk atəşi açdım. Xəyal sinəsini tutub səndələyərək yerə uzandı, artıq Xəyalın ölmüş olacağını düşünüb silahın lüləsini aşağı salıb geri qayıtmaq istəyərkən Xəyal yenidən başını qaldırıb mənə tərəf “ayə, ayə” dedi. Bu zaman geri qayıdaraq ona yaxın məsafədən yenidən atəş açdım. Evə tərəf gələndə atam səsə qaçdı. Məndən nə baş verdiyini soruşanda Xəyalı öldürdüyümü dedim. O, mənə əsəbiləşərək bir neçə sillə vurdu. Sonra polisə və təcili yardıma zəng etdi. Törətdiyim əməldən peşmanam”.
Məhkəmənin hökmü ilə Q. Həsənəliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR