“Azəriqaz”ın yanındakı İctimai Şuradan gözlənilməz bəyanat: "Qazın qiymətinin artırılması doğru qərar deyil"
18-10-2021 [14:37]
Azərbaycan Respublikası Tarif Şurasının 16.10.2021 tarixli iclasında qazın tariflərinə yenidən baxılıb. Beləliklə iclasda qəbul olunan qərarla, qazın tarifinə əlavə dəyişikliyin edilməsi qərarlaşdırılıb, nəticədə qazın ilkin 1200 kub metrlik limit üçün qiyməti 20% (iki qəpik) artırılıb.
Mia.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şura bununla bağlı bəyanat verib.
Bəyanatda deyilir:
“Biz “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şura olaraq hesab edirik ki, qazın qiymətinə yenidən baxılması və nəticədə tariflərin artması indiki şəraitdə doğru qərar deyil. Qazın qiymətinin qaldırılması cəmiyyətdə haqlı narazılığa səbəb olmuşdur. Bir il müddətində ikinci dəfə qiymətin artırılması və xüsusən də qış fəsli öncəsi bu addımın atılması, 44 günlük müharibə zamanı və ondan sonra cəmiyyətlə dövlət arasında formalaşmış yüksək etimada və inama söykənən milli birliyə kölgə salır və əhalinin aztəminatlı kəsiminin həyat şəraitinə, iqtisadi - sosial durumuna mənfi təsir göstərəcəkdir. Koronavirus pandemiyası zamanı xeyli sayda insan iş yerini itirdi, o cümlədən pandemiyanın yaratdığı problemlər üzündən yüz minlərlə sahibkarlara da ciddi maddi zərər dəymişdir.
Biz başa düşürük ki, bugün dünyada qlobal iqtisadi problemlər var və bu krizis dünya iqtisadiyatının bir parçası olan Azərbaycandan da yan keçmir. Ancaq hesab edirik ki, bir il müddətində bir neçə dəfə olmaqla qaz ixracatçısı olan ölkədə qiymət artımına getməyə elə bir zərurət yox idi. Azərbaycan Respublikasının dövlət büdcəsində neft və qaz gəlirləri hazırkı qiymətindən dəfələrlə aşağı qiymətlə hesablanıb, yəni dünyada neft və qaz qiymətlərinin artımı Azərbaycanın dövlət gəlirlərinin müsbət dinamikasına öz təsir göstərməyə bilməz.
Hesab edirik ki, qaz tariflərinin artımı sahibkarlıq mühitinə və biznes qurumlarına da öz təsirini göstərəcək. Artım bir çox sahələrdə qiymətlərin bahalaşmasına , sosial - iqtisadi böhranın dərinləşməsinə səbəb olacaqdır. Belə ki, həm qazla işləyən təsərrüfat sahələrinə o cümlədən istixanalarda yetişən tərəvəz məhsullarının, insan qidası üçün vacib hesab olunan un və un məhsullarnın bahalaşmasına öz təsirini göstərəcəkdir. Bununla yanaşı bir vacib məqamı xüsusi olaraq qeyd etmək istərdik. QHT-lər qeyri-kommersiya, gəlir gətirməyən və əldə etdiyi gəliri özünün fəaliyyətinə sərf edən, öz üzvləri arasında bölməyən təsisatdır. Belə olduğu halda Qeyri Hökumət Təşkilatları üçün müəyyən olunmuş qaz tarifi gəlir qazanan biznes şirkətləri ilə eyni səviyyədə nəzərdə tutulmuşdur. Burada ciddi boşluğun və yalnışlığın olduğunu da Tarif Şurasının diqqətinə çatdırırıq.
Necə ola bilər ki gəlir qazanan ticari məqsədli qurumlarla, qeyri-kommersiya, idarəçiliyinin və fəaliyyətinin əsasını könüllülük təşkil edən qurumlar eyni tariflə ödəniş etsinlər? Tarif Şurası həmçinin 30 İyin 2021-ci il iclasında qəbul etdiyi qanunla (illik istehlak həcmini 2500 min kub metirdən 1200 kub metrə salınması) Azərbaycan Respublikasının qanunlarını kobud pozmuşdur, eyni zamanda o günə qədər hesabında 2500 kub hesabı ilə əlavə vəsaiti olan istehlakçılara da ciddi zərər dəymişdir. Belə ki, 30 İyun 2021-ci ildə qəbul olunan qanunu 01 Yanvar 2021ci ildən hesablanmağa başlanmışdır. Yəni illik 1200 kub metrlik limiti qanun qüvvəyə mindikdən sonra hesablamaq əvəzinə , ilin əvvəlindən hesablamağa başlamışlar. Beləlik qanunun geriyə qüvvəsi olmaz prinsipi pozulmuşdur. Bu yalnışlıqların da tez bir zaman aradan qalxmasına və bu məsələlərin həlli istiqamətində addım atılacağına ümid edirik.
Biz İctimai Şura olaraq həm Tarif Şurasını, həm də ölkə rəhbərliyini bu məsələyə yenidən baxmağa, qaz tariflərinin ən azı 16.10.2021-ci il (30 iyun 2021-ci il) tarixinədək olan köhnə vəziyyətinə qaytarılmasını arzu edirik. Əminik ki, qaz qiymətlərini ucuzlaşdırmağın yollarından biri qaz istehsalatı zamanı yol verilən itkilərin qarşısının alınmasıdır, belə olarsa ekoloji çirklənmənin qarşısı alınar, eyni zamanda qazın maya dəyərinin ucuzlaşmasına xidmət etmiş olar.
İctimaiyyətin nəzərinə çatdırırıq ki, bəyanatımız “Azəriqaz” İstehsalat Birliyinin yanında İctimai Şuranın mövqeyidir və “Azəriqaz” İB-nin rəsmi mövqeyini əks etdirmir”.
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)