Norveçdə beş nəfəri oxla öldürən əcnəbi həbs edilib

img

15-10-2021 [18:40]


Norveçdə beş nəfəri oxla öldürməkdə ittiham olunan şəxs barəsində dörd həftəlik həbs qətimkan tədbiri seçilib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, çərşənbə günü Konqsberq şəhərində küçədə oxla azı beş nəfəri öldürərək bir neçəsinə də xəsarət yetirmiş 37 yaşlı Danimarka vətəndaşı Espen Andersen Briten polis tərəfindən saxlanılıb. Buskerud Əyalət Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilən həmin şəxs ittihamı qəbul etsə də, törətdiyi əməlin səbəbini deməyib.

Norveç Polis Təhlükəsizlik Xidməti verdiyi açıqlamada sözügedən hadisəni terror hücumu olaraq dəyərləndirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı