Prezident: “Gürcüstanda koalisiya hökumətinə ehtiyac var”

img

28-09-2021 [13:27]


“Hakim çoxluq tərəfindən formalaşdırılmış hökumətin 9 illik fəaliyyətindən sonra aydın olur ki, koalisiya hökumətinə ehtiyac var”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Fransanın “Le Journal du Dimanche” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, mövqelərin bir-birinə kəskin zidd olduğu halda, koalisiya hökumətinin necə fəaliyyət göstərəcəyini təsəvvür etmək çətindir.

Dövlət başçısı qeyd edib ki, yerli orqanlara qarşıdan gələn seçkilər Gürcüstanda dərin siyasi böhranın başa çatıb-çatmadığını göstərəcək./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA