Ermənilərin Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatlara hücumu... - Aynurə Məhəmmədova yazır
SİYASƏT
Bugün, 21:02
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin sərgilədiyi qəbuledilməz reaksiya, diplomatlara və beynəlxalq birliyə qarşı hücumlar təəssüf doğurur. Səfərdə ABŞ, Fransa, Almaniya və Avropa İttifaqı da daxil olmaqla, 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150-yə yaxın diplomatın iştirak etməsi erməni revanşistlərində ciddi qıcıq və səbəbləri gizlin olmayan narahatlıq yaradıb.
Ermənistan cəmiyyətindəki revanşist qüvvələrin kəskin reaksiyasını Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik və ölkənin daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirmək olar. İrəvanın rəsmi olaraq sülh ritorikası nümayiş etdirdiyi bir vaxtda revanşist qüvvələrin və medianın bu cür destruktiv addımları regionda normallaşma prosesinə zərbə vurur və Ermənistan cəmiyyətinin sülhə tam hazır olmadığını açıq şəkildə göstərir.
Azərbaycan və Ermənistan arasında sülh prosesi və cəmiyyətlərin bu prosesə reaksiyası müasir dövrün ən həssas və mürəkkəb mövzularından biridir. Azərbaycan cəmiyyətinin postmünaqişə dövründə ən böyük gözləntisi Ermənistan ilə imzalanacaq yekun sülh sazişidir. Bu saziş Cənubi Qafqaz regionunda davamlı sülhün, təhlükəsizliyin və iqtisadi sabitliyin bərqərar olması üçün əsas hüquqi və siyasi təməldir. Bu sazişin imzalanması təkcə iki ölkə arasında deyil, bütün regionda uzunmüddətli düşmənçiliyə son qoyaraq genişmiqyaslı iqtisadi layihələrin həyata keçirilməsinə və xalqların dinc yanaşı yaşamasına şərait yaradacaqdır.
Regionda davamlı sülhün və etimad mühitinin qurulması həm təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından strateji əhəmiyyət kəsb edir. Əldə olunan razılaşmaların kağız üzərində qalmamağı ən vacib şərtlərdən biridir. Bunun üçün cəmiyyətlər arası səmimiyyət, tərəflər arasında qarşılıqlı etimadın qazanılması çox böyük önəm daşıyır. Suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət münasibətlərin normal qonşuluq müstəvisinə keçməsinin təməl daşıdır.
Humanitar addımların atılması və ictimaiyyətlər arasında keçmiş stereotiplərdən uzaqlaşaraq sağlam dialoqun və səmimi etimad mühitinin formalaşması sülhün davamlılığını mümkün edə bilər.
Azərbaycan və Ermənistan arasında birbaşa və tranzit logistika xətləri artıq aktiv şəkildə fəaliyyət göstərir. Azərbaycan Ermənistana dizel yanacağı və benzin kimi neft məhsulları ixrac edir. Azərbaycan üzərindən tranzit vasitəsilə Rusiyadan birbaşa Ermənistana buğda, tikinti materialları çatdırılır.Ölkəmiz sərhəd avtomobil yollarında gələcəkdə Naxçıvan və Türkiyə istiqamətinə (Zəngəzur dəhlizi layihəsi çərçivəsində) birbaşa keçid yaratmağa imkan verəcək geniş infrastruktur layihələr həyata keçirir.
Otuz ilə yaxın davam edən münaqişədən və ağır insan itkilərindən sonra revanşist bəyanatlar, sülh danışıqlarına qarşı çıxışlar və radikal reaksiyalar regionun gələcəyini təhlükə altına qoyur. Bu baxımdan, davamlı sülhə mane olan Ermənistan cəmiyyəti tərəfindən səsləndirilən isterik və aqressiv ritorika yolverilməzdir.
Xarici diplomatların Gəncəsər və Xudavəng monastırlarına səfər etməsi və bu abidələrin qədim Qafqaz Albaniyasına aid xristian irsi kimi təqdim olunması Ermənistan mediasında böyük narazılıq doğurub. Revanşist qüvvələr bu reallığı həzm edə bilməyərək, tarixi faktların saxtalaşdırıldığını iddia edən kampaniyalar başladıblar. Qarabağ və Şərqi Zəngəzur ərazisindəki qədim Qafqaz Albaniyasına məxsus xristian məbədlərinin divar yazıları, memarlıq elementləri və xaçları dəyişdirilərək erməni abidəsi kimi qələmə verilmişdir.
Ermənistan KİV-ləri xarici diplomatların səfər zamanı çəkilən görüntüləri, xüsusilə onların Şuşadakı bərpa işlərini izləməsini böyük narahatlıqla qarşılayıblar. Çünki artıq burda tam aydın olur: quran və yaradan kim, dağıdan və talayan kimdir. Qarabağ münaqişəsi nəticəsində Azərbaycana milyardlarla dollar həcmində maddi ziyan dəymiş, nəhəng infrastruktur dağıdılmışdır,ölkənin insan resurslarına, iqtisadiyyatına, mədəni irsinə və ekologiyasına ağır zərbə vurulmuşdur.
Dünyanın ən böyük həqiqətləri çox vaxt sözlərlə deyil, rəqəmlərin dili ilə danışır. Dünya həqiqətlərə rəqəmlərin dili ilə baxır, çünki bəzən rəqəmlər bizim inanmaq istədiyimiz deyil, mövcud olan real mənzərəni üzə çıxarır, həmçinin dəqiq, ölçüləbilən və təkzibolunmaz faktlar ortaya qoyur.
Ermənistanın Azərbaycan torpaqlarına və infrastrukturuna vurduğu hərbi-maddi ziyan təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.
Qarabağ münaqişəsi və onun iqtisadi-sosial fəsadları kontekstində, Ermənistanın onilliklər boyu apardığı siyasət təkcə hərbi təcavüzlə məhdudlaşmamış, həm də beynəlxalq hüququn manipulyasiyası, faktların təhrif edilməsi və mədəni-tarixi saxtakarlıq mühüm rol oynamışdır.
Ermənistan diplomatiyası və diasporu real faktları təhrif etmək üçün uzun illər güclü propaqanda maşınından istifadə etməkdədir. Dünyanın gözü qarşısında törətdikləri ən ağır hərbi cinayətləri və Xocalı soyqırımını inkar etmək, yaxud məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq üçün saxta sənədli materiallar və bəyanatlar yaymaqda davam edir.
Lakin xarici diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri zamanı gördükləri və özləri ilə apardığı təəsüratlar erməni yalanlarını bir daha dünya ictimaiyyəti qarşısında ifşa edir.
Bu gün Qarabağ və Şərqi Zəngəzur nəhəng bir tikinti meydanını xatırladır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə tənzimlənən proqram çərçivəsində, dağıdılmış şəhər və kəndlər fundamental şəkildə yenidən qurulur və regionda genişmiqyaslı dirçəliş prosesi gedir.
Qarabağa və Şərqi Zəngəzura xarici diplomatların səfəri ölkəmizin haqq səsinin, tarixi həqiqətlərinin, mədəniyyətinin, eləcə də Vətən müharibəsində əldə etdiyi qələbənin və qlobal təşəbbüslərin beynəlxalq aləmdə qəbul edilməsi prosesidir.
Aynurə Məhəmmədova,
Qərbi Azərbaycan Çəmbərək rayon icması sədrinin birinci müavini,
Qadınlarla iş üzrə məsul şəxs
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ermənilərin Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatlara hücumu... - Aynurə Məhəmmədova yazır
Bugün, 21:02 SİYASƏT
-
Əli Nağıyev Qazaxıstanda: "Mlli təhlükəsizliyin etibarlı təmin edilməsi və..."
Bugün, 19:37 SİYASƏT
-
Karyera dəyişikliyi, yeni layihə və... - Bu bürc sahiblərinə yeni şans doğacaq?
Bugün, 19:19 CƏMİYYƏT
-
Səməd Səmədovu bu sözlərlə yad etdi
Bugün, 19:11 GÜNDƏM
-
Təhsil ekspertinə hökm oxunub
Bugün, 18:54 KRİMİNAL
-
Çəkələklə döyüşən savaşçılar super gücü dizə gətirdi - ABŞ və Husilər Omanda gizli razılaşmaya getdi, "Reuters" iddianı azı 5 mənbədən dəqqiqləşdirib!
Bugün, 18:03 GÜNDƏM
-
Belçikada Qərbi Nil Virusuna yoluxma sayı artıb
Bugün, 17:31 DÜNYA
-
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - FOTOLAR (YENİLƏNİB)
Bugün, 17:24 GÜNDƏM
-
Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Pakistanda görüşlər keçirib
Bugün, 17:18 DÜNYA
-
Ceyhun Bayramov Casurbek Çoriyevlə müzakirə aparıb
Bugün, 17:09 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Türk idmançılara viza verilmədi - Komanda yarışdan imtina etdi
Bugün, 16:36 İDMAN
-
49 DSK-nin tərkibi dəyişir: "Çalışmışıq ki, layiqli şəxslərin namizədliyi irəli sürülsün"
Bugün, 16:21 SİYASƏT
-
Lerikdə zəlzələ oldu
Bugün, 16:12 GÜNDƏM
-
Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri: Rumıniyanın Baia Mare şəhəri + FOTOLAR
Bugün, 16:04 SİYASƏT
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbərləri bir arada: mühüm mesajlar verildi - FOTOLAR (FOTOLAR)
Bugün, 16:00 GÜNDƏM
-
Prezident AAK sədri barədə sərəncam imzaladı
Bugün, 15:43 GÜNDƏM
-
Paşinyan mətbuat konfransında Moskvaya belə mesaj verdi: "Bizə sizin hərbi baza lazım deyil, əgər onu çıxarmaq istəyirsinizsə..."
Bugün, 15:25 GÜNDƏM
-
Yurgen Klopp "Qalatasaray"ın oyunçusunu yığmaya çağırmadı
Bugün, 15:14 İDMAN
-
Şəmkirdə 13 il əvvəl törədilmiş qətl: şübhəli şəxs saxlanılıb
Bugün, 14:57 KRİMİNAL
-
"Sultana"filminin təqdimatında qalmaqal - Aktrisaların bir-birlərinə replikası gündəm oldu
Bugün, 14:19 MƏDƏNİYYƏT
-
Konsertdə müğənniyə qarşı əxlaqsızlıq... - Demet Akalının cangüdənlərinə səsləndi: "Alın bu əxlaqsızı..."
Bugün, 14:14 ŞOU-BİZNES
-
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Bugün, 13:59 CƏMİYYƏT
-
Bakıda tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib (Yenilənib)
Bugün, 13:56 MƏDƏNİYYƏT
-
Noyabr ayı üzrə qeyri-iş günləri bəli olub
Bugün, 13:54 CƏMİYYƏT
-
İlham Əliyev: "Ətrafımızda müharibələr gedir, bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür"
Bugün, 13:20 GÜNDƏM
-
Pərviz Şahbazov: "BP ilə enerji tərəfdaşlığımızın yeni layihələrlə genişləndirilməsi, təmiz enerjiyə keçid..."
Bugün, 13:13 İQTİSADİYYAT
-
Tarixi proses başlayır - Ramiz Mehdiyev Ramiz Mehdiyev məhkəməyə müraciət edib, deyib ki...
Bugün, 13:01 SİYASƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:43 CƏMİYYƏT
-
Daxili İşlər Nazirliyinə əlavə səlahiyyət verildi
Bugün, 12:35 CƏMİYYƏT
-
Türkiyədən Yunanıstana güc nümayişi: Ege sahilində komandolar çıxarıldı, yunanlar həyəcanlandı
Bugün, 12:31 SİYASƏT
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib
Bugün, 12:21 KRİMİNAL
-
Baş nazir Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 12:09 GÜNDƏM
-
Xüsusi karantin rejiminin müddəti uzadıldı - Bu tarixədək
Bugün, 12:02 GÜNDƏM