DİM sədri: "Heç bir alqoritm qəbul edilmiş qərarın ədalətliliyinə görə insanın əvəzinə məsuliyyət daşıya bilməz"
GÜNDƏM
Bugün, 12:04
"Rəqəmsallaşma və süni intellekt dövründə insan resurslarının idarə edilməsi təkcə texnoloji yenilik deyil, həm də gələcəyin dövlət modelinin formalaşması məsələsidir".
Mia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Xankəndi şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin insan resurslarının inkişafı üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşündə deyib.
M.Abbaszadə bildirib ki, süni intellekt dövlət orqanlarına böyük həcmdə məlumatları qısa müddətdə emal etməyə, tendensiyaları müəyyənləşdirməyə, dövlət qurumlarında çalışanları rutin işlərdən azad etməyə və vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmağa imkan verir.
Onun sözlərinə görə, heç bir alqoritm qəbul edilmiş qərarın ədalətliliyinə görə insanın əvəzinə məsuliyyət daşıya bilməz. O, etik mühakiməni, ictimai marağın mahiyyətini, vətəndaşın vəziyyətinə həssas yanaşmanı və qəbul edilmiş qərarın insana izah edilməsini əvəz etmək iqtidarında deyil: “Buna görə fəaliyyətimizin dəyişməz təməl prinsipi son dərəcə birmənalı olmalıdır: Süni intellekt insana kömək edir, lakin insan haqqında, xüsusilə də onun dövlət qulluğuna qəbulu və karyerası barədə yekun qərar dövlətin və insanın müstəsna məsuliyyətində qalır”.
M.Abbaszadə Azərbaycanda kadr proseslərinin rəqəmsallaşdırılması sahəsində görülən işlərdən də danışıb. Qeyd edib ki, dövlət qulluğuna qəbul prosesinin bütün mərhələləri - vakansiyanın elanından və müraciətlərin qəbulundan tutmuş elektron imtahanlara və onlayn müsahibələrə qədər rəqəmsallaşdırılıb.
Bildirilib ki, real vaxt rejimində işləyən Dövlət Qulluqçularının Vahid Reyestri fəaliyyət göstərir. Şəxsi işlərin aparılması, xidməti fəaliyyətin qiymətləndirilməsi, elektron kadr ehtiyatı, habelə qulluqçuların təlim və inkişaf prosesləri vahid rəqəmsal arxitekturada birləşdirilib.
DİM sədri vurğulayıb ki, rəqəmsallaşma özlüyündə son məqsəd deyil. Rəqəmsal həllər yalnız prosesi daha ədalətli, şəffaf, vətəndaş üçün anlaşıqlı və yoxlanıla bilən etdikdə dəyər qazanır./Azərtac
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Kurtlar Vadisi"nin savcısı "Leyla" ilərə meydan oxuyur - FOTOLAR
Bugün, 12:54 ŞOU-BİZNES
-
Göy üzü ikiyə bölünəcək: 5 bürc problemlə üzləşəcək
Bugün, 12:54 CƏMİYYƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:44 CƏMİYYƏT
-
“Bank Respublika”nın satın aldığı bankın problemli kreditləri çox imiş - Elman Rüstəmovun bundan xəbəri var?
Bugün, 12:30 İQTİSADİYYAT
-
Azərbaycanda toylarla bağlı qayda dəyişəcək? - 120 nəfər qonaq, 2 saat müddət...
Bugün, 12:19 MƏDƏNİYYƏT
-
DİM sədri: "Heç bir alqoritm qəbul edilmiş qərarın ədalətliliyinə görə insanın əvəzinə məsuliyyət daşıya bilməz"
Bugün, 12:04 GÜNDƏM
-
İcra başçıları həbs edilən həmkarlarından dərs alırmı? - "Prezidentin xəbərdarlığını qulaqlarından sırğa kimi asmalı və..."
Bugün, 12:04 SİYASƏT
-
Klubsuz qalan Mauro İkardiyə sürpriz təklif gəldi
Bugün, 11:59 İDMAN
-
Ərdoğan təlimat verdi - Super Liqa nəhənginə 100 hektar torpaq sahəsi ayrıldı
Bugün, 11:54 İDMAN
-
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Bugün, 11:21 CƏMİYYƏT
-
Hikmət Hacıyevin Almaniyanın Bakıdakı səfiri ilə görüşüb
Bugün, 11:07 SİYASƏT
-
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun yenidən dəyişir - DETALLAR
Bugün, 10:58 CƏMİYYƏT
-
İnam Kərimov Koreyada Ali Məhkəmə sədrlərinin 20-ci Konfransında - Nələr müzakirə olunub?
Bugün, 10:49 SİYASƏT
-
"Aşk-ı Memnu" serialının "Arsen Hala"sı vəfat etdi
Bugün, 10:40 MƏDƏNİYYƏT
-
Bakıda daha bir şok olay: 13 yaşlı qız hamilə çıxdı...
Bugün, 10:35 KRİMİNAL
-
Zaur Mikayılov onlara yeni vəzifə verdi - SİYAHI
Bugün, 10:35 GÜNDƏM
-
DTX-dən SENSASİYALI HƏBSLƏR: 11 nəfər qandallandı - Əməliyyat görüntüləri + VİDEO
Bugün, 10:16 GÜNDƏM
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisi: yollarla bağlı açıqlama yayıdl
Bugün, 10:02 CƏMİYYƏT
-
Təəssüf etməli, yoxsa sevinməli? - VAHİD TAĞIYEV YAZIR
Bugün, 09:59 YAZARLAR
-
Aras Bulut İynemli, Melis Sezen, reper Sefo... - Türkiyədə məşhur bloger, aktyor, müğənni və iş adamları narkotiklə saxlanıldı (SİYAHI)
Bugün, 09:46 MƏDƏNİYYƏT
-
Azərbaycan nefti daha bir dollar ucuzlaşdı
Bugün, 09:45 İQTİSADİYYAT
-
İtaliya Bab əl-Məndəb boğazına donanma göndərir: "Orada əlavə tədbirlərə ehtiyac var"
Bugün, 09:12 DÜNYA
-
20 milyonluq reklam... - Türkiyəli aktrisa görkəmini dəyişdi
Bugün, 09:00 ŞOU-BİZNES
-
Pakistandan Husilərə sərt xəbərdarlıq: "Müqəddəs məkanlarımızı qorumaq bizim vəzifəmizdir"
Bugün, 01:12 GÜNDƏM
-
"Beşiktaş" Avropa Liqasının ilk oyununa qələbə ilə başladı
Bugün, 00:58 İDMAN
-
Kadir İnanırın vəsiyyətnaməsinin oxunması təxirə salındı - 28 iddiaçı var
Bugün, 00:15 MƏDƏNİYYƏT
-
CHP üzvü istefa verdi, daha sonra isə... - FOTO
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
VI turun hakim təyinatları açıqlanıb
17.09.2026, 23:22 İDMAN
-
Ermənilərin Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatlara hücumu... - Aynurə Məhəmmədova yazır
17.09.2026, 21:02 SİYASƏT
-
Əli Nağıyev Qazaxıstanda: "Mlli təhlükəsizliyin etibarlı təmin edilməsi və..."
17.09.2026, 19:37 SİYASƏT
-
Karyera dəyişikliyi, yeni layihə və... - Bu bürc sahiblərinə yeni şans doğacaq?
17.09.2026, 19:19 CƏMİYYƏT
-
Səməd Səmədovu bu sözlərlə yad etdi
17.09.2026, 19:11 GÜNDƏM
-
Təhsil ekspertinə hökm oxunub
17.09.2026, 18:54 KRİMİNAL