İnam Kərimov Koreyada Ali Məhkəmə sədrlərinin 20-ci Konfransında - Nələr müzakirə olunub?
SİYASƏT
Bugün, 10:49
2026-cı il 16–18 sentyabr tarixlərində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən Asiya və Sakit okean regionu ölkələri Ali Məhkəmələri sədrlərinin 20-ci Konfransında iştirak edib.
Mia.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat tyayıb.
Bildirilib ki, Konfrans çərçivəsində məhkəmə hakimiyyətinin rolu, məhkəmə və hüquq sahəsində süni intellektdən istifadə, hakimlərin təlim və təhsilinin müasir çağırışlara uyğunlaşdırılması, məhkəmələrə ictimai etimadın gücləndirilməsi, media ilə əlaqələr, məhkəmə müstəqilliyinin qorunması, arbitrajın inkişafı və digər aktual məsələlər müzakirə olunub.
İnam Kərimov "Məhkəmə hakimiyyətinin rolu – müxtəlif yurisdiksiyalardan fərqli baxışlar" mövzusunda keçirilən müzakirə sessiyasında məruzə ilə çıxış edib. Çıxış zamanı ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları və məhkəmə sisteminin müasir çağırışlara uyğun inkişafı barədə konfrans iştirakçılarına məlumat verilib. Həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə xidmətlərinin əlçatanlığının genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib. Azərbaycanın məhkəmə sisteminin qarşısında duran müasir çağırışların həllində beynəlxalq əməkdaşlığın mühüm rolu diqqətə çatdırılıb.
Sessiyada müxtəlif ölkələrin məhkəmə sistemlərinin təcrübəsi, məhkəmə hakimiyyətinin müasir cəmiyyətdə rolu və qarşıda duran çağırışlar müzakirə olunub.
Səfər çərçivəsində İnam Kərimov Koreya Respublikası Ali Məhkəməsinin sədri Jo Hee-de, Latviya Respublikası Ali Məhkəməsinin sədri Aigars Strupis, Çex Respublikası Ali Məhkəməsinin sədri Petr Angyalossy və Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Ömer Kerkez ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı məhkəmə-hüquq sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, məhkəmə sistemlərinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Klubsuz qalan Mauro İkardiyə sürpriz təklif gəldi
Bugün, 11:59 İDMAN
-
Ərdoğan təlimat verdi - Super Liqa nəhənginə 100 hektar torpaq sahəsi ayrıldı
Bugün, 11:54 İDMAN
-
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Bugün, 11:21 CƏMİYYƏT
-
Hikmət Hacıyevin Almaniyanın Bakıdakı səfiri ilə görüşüb
Bugün, 11:07 SİYASƏT
-
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun yenidən dəyişir - DETALLAR
Bugün, 10:58 CƏMİYYƏT
-
İnam Kərimov Koreyada Ali Məhkəmə sədrlərinin 20-ci Konfransında - Nələr müzakirə olunub?
Bugün, 10:49 SİYASƏT
-
"Aşk-ı Memnu" serialının "Arsen Hala"sı vəfat etdi
Bugün, 10:40 MƏDƏNİYYƏT
-
Bakıda daha bir şok olay: 13 yaşlı qız hamilə çıxdı...
Bugün, 10:35 KRİMİNAL
-
Zaur Mikayılov onlara yeni vəzifə verdi - SİYAHI
Bugün, 10:35 GÜNDƏM
-
DTX-dən SENSASİYALI HƏBSLƏR: 11 nəfər qandallandı - Əməliyyat görüntüləri + VİDEO
Bugün, 10:16 GÜNDƏM
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisi: yollarla bağlı açıqlama yayıdl
Bugün, 10:02 CƏMİYYƏT
-
Təəssüf etməli, yoxsa sevinməli? - VAHİD TAĞIYEV YAZIR
Bugün, 09:59 YAZARLAR
-
Aras Bulut İynemli, Melis Sezen, reper Sefo... - Türkiyədə məşhur bloger, aktyor, müğənni və iş adamları narkotiklə saxlanıldı (SİYAHI)
Bugün, 09:46 MƏDƏNİYYƏT
-
Azərbaycan nefti daha bir dollar ucuzlaşdı
Bugün, 09:45 İQTİSADİYYAT
-
İtaliya Bab əl-Məndəb boğazına donanma göndərir: "Orada əlavə tədbirlərə ehtiyac var"
Bugün, 09:12 DÜNYA
-
20 milyonluq reklam... - Türkiyəli aktrisa görkəmini dəyişdi
Bugün, 09:00 ŞOU-BİZNES
-
Pakistandan Husilərə sərt xəbərdarlıq: "Müqəddəs məkanlarımızı qorumaq bizim vəzifəmizdir"
Bugün, 01:12 GÜNDƏM
-
"Beşiktaş" Avropa Liqasının ilk oyununa qələbə ilə başladı
Bugün, 00:58 İDMAN
-
Kadir İnanırın vəsiyyətnaməsinin oxunması təxirə salındı - 28 iddiaçı var
Bugün, 00:15 MƏDƏNİYYƏT
-
CHP üzvü istefa verdi, daha sonra isə... - FOTO
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
VI turun hakim təyinatları açıqlanıb
17.09.2026, 23:22 İDMAN
-
Ermənilərin Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatlara hücumu... - Aynurə Məhəmmədova yazır
17.09.2026, 21:02 SİYASƏT
-
Əli Nağıyev Qazaxıstanda: "Mlli təhlükəsizliyin etibarlı təmin edilməsi və..."
17.09.2026, 19:37 SİYASƏT
-
Karyera dəyişikliyi, yeni layihə və... - Bu bürc sahiblərinə yeni şans doğacaq?
17.09.2026, 19:19 CƏMİYYƏT
-
Səməd Səmədovu bu sözlərlə yad etdi
17.09.2026, 19:11 GÜNDƏM
-
Təhsil ekspertinə hökm oxunub
17.09.2026, 18:54 KRİMİNAL
-
Çəkələklə döyüşən savaşçılar super gücü dizə gətirdi - ABŞ və Husilər Omanda gizli razılaşmaya getdi, "Reuters" iddianı azı 5 mənbədən dəqqiqləşdirib!
17.09.2026, 18:03 GÜNDƏM
-
Belçikada Qərbi Nil Virusuna yoluxma sayı artıb
17.09.2026, 17:31 DÜNYA
-
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - FOTOLAR (YENİLƏNİB)
17.09.2026, 17:24 GÜNDƏM
-
Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Pakistanda görüşlər keçirib
17.09.2026, 17:18 DÜNYA
-
Ceyhun Bayramov Casurbek Çoriyevlə müzakirə aparıb
17.09.2026, 17:09 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
17.09.2026, 17:00 İQTİSADİYYAT
-
Türk idmançılara viza verilmədi - Komanda yarışdan imtina etdi
17.09.2026, 16:36 İDMAN