Prokuror Vüqar Səfərlidən bankdakı 4 milyonunun hesabını soruşdu, belə cavab aldı: "Devalvasiyadan qazandım..."
21-09-2021 [19:07]
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məlumata görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərli dövlət ittihamçısının suallarını cavablandırıb.
V. Səfərli deyib ki, əlamətdar günlərdə KİVDF-nin yazı müsabiqələri keçirilib. Həmin müsabiqələrin qaliblərinin elan olunması mərasimlərində qalib jurnalistlərə tutduğu yerlərə görə pul mükafatları verilib: "Müsabiqələrdə 1-ci yer üzrə 1000 manat, ikinci yer üzrə 800 manat, 3-cü yer üzrə isə 500 manat pul mükafatları verilirdi. Kütləvi tədbirlərdə nazirlər, icra başçıları, deputatlar və jurnalistlər iştirak edirdi. İştirak edənlərin siyahısını isə bizim işçilər tərtib edirdi. Bundan əlavə, tədbirlərə televiziya çəkilişləri üçün əməkdaşlar da dəvət edilirdi. Hər tədbirdə təkcə AZTV-dən 15 işçi olurdu.
Tədbir keçirilən restoranlarda stolların qiymətinin 60 manatdan yuxarı olmaması barədə məlumatımız olmayıb. Bizə bununla bağlı irad bildirilməyib.
Məsələn, “Xəmsə” restoranında keçirilən tədbirlərdən birində müəyyən olunan vəsaitdən 6 min 100 manat artıq qaldı. Həmin məbləğ tədbirdən sonra büdcəyə qaytarıldı".
Prosesin davamında V. Səfərli bank hesabında olan 4 milyon 75 min manat məbləğlə bağlı prokurorun suallarını cavablandırıb.
Təqsirləndirilən şəxs deyib ki, həmin vəsaiti o devalvasiya vaxtı əldə edib: "Ölkədə devalvasiya vaxtı mənim bankda vəsaitim olub. Həmin vəsaiti dollar bahalaşmazdan əvvəl bankdan çıxardım, dollara çevirib yenidən banka yatırdım və bu prosesdə yaxşı qazandım. Pulu bir müddət dollar kimi bankda saxlayandan sonra faiz az olduğu üçün çıxardım. Manat sabitləşəndən sonra həmin məbləği manatla yenidən banka qoydum. Müstəntiq isə bunu yeyinti kimi qeyd edib”.
Tenderin keçirilməsi qaydaları ilə bağlı epizoda münasibət bildirən V. Səfərli qeyd edib ki, tender qanunvericiliyə uyğun aparılıb: "Vəsaitlərə Müşahidə Şurası nəzarət edirdi. Vəsaitin ödənilməsini Maliyyə Nazirliyi həyata keçirirdi. Maliyyə Nazirliyi həmişə bizim smeta xərclərimizi normal qiymətləndirirdi. KİVDF-yə vəsatət xərclər smetasına əsasən ayrılırdı. Xərclər smetasına qəzetlərə ayrılan vəsaitlərlə yanaşı, icarə müqaviləsi də daxil idi. Həmin vəsaitdən başqa bizə bir qəpik də pul ayrılmırdı. İl başa çatanda Müşahidə Şurası qarşısında hesabat verirdim. Müşahidə Şurası hesabatı təsdiqləyəndən sonra sənədlər Maliyyə və İqtisadiyyat nazirliklərinə göndərilirdi. Müşahidə Şurası hesabatı dinləyib qeydlər aparıb müzakirəyə çıxarırdı, sonra səsə qoyub qiymət verirdi. Beynəlxalq Mətbuat Mərkəzinin binasında bizdən başqa da dövlət qurumları yerləşirdi. Həmin qurumlar nə qədər icarə verirdi, ondan xəbərim yoxdur”.
Jurnalistlərə hədiyyələrin verilməsi ilə bağlı V. Səfərli bildirib ki, hədiyyə verdikləri şəxslərə qol çəkdirə bilməzdilər: “Hədiyyə sahibinə necə deyək ki, sənə bu qədər qiyməti olan hədiyyə veririk, bura qol çək".
Tikinti məsələlərindəki israfçılıq məsələsinə gəlincə, Vüqar Səfərli bildirib ki, bu prosesə o nəzarət etməyib: "Mən yalnız iş başa çatandan sonra gedib baxırdım”.
Daha sonra təqsirləndirilən şəxs qismində KİVDF-nin mühasibi Təhminə Yaqubova ifadə verib. O, bildirib ki, 2011-ci ildən fondda işləyib: "Mən orada yalnız xərclər smetası çərçivəsində işləmişəm. Maliyyə Nazirliyi smetanı təsdiqləyəndən sonra həmin smeta əsasında çalışmışam. Heç bir halda mənə irad tutulmayıb. Baş mühasib olmuşam, tədbirlərə hamıdan gec gəlmişəm, orada qonaqları saymamışam. Əlimdə sənədlər olub, həmin sənədlərlə ödənişimi etmişəm. İstintaq isə məni mənimsəmədə təqsirləndirilir. Mən Müşahidə Şurasının qərarları əsasında ödənişlər etmişəm. Bəlkə də mənim xərclərə müdaxilə etmək ixtiyarım var idi, amma müdaxilə etmirdim, çünki binanın yerinə görə icarə haqqının normal olduğunu hesab edirdim. İstintaqda məndən Əli Həsənov barədə soruşurdular, mən Əli müəllimi tanımamışam, sadəcə uzaqdan-uzağa görmüşəm. Mən işimi icra edib əmək haqqımı almışam. İstintaq mənim KİVDF-nin işçiləri ilə əlbir olduğumu göstərir, mən heç təqsirləndirilən şəxslərin əksəriyyətini tanımıram. Mal-materiallara gəlincə, mən o prosesdə də sənədlər üzrə xərclər köçürmüşəm".
Prosesdə prokuror T. Yaqubovanın əksər epizodlarla bağlı eyni məzmunlu ifadə verməsinə etiraz edib: "Siz baş mühasib işləmisiniz, hüquq və səlahiyyətləriniz nə olub bilmirsiz? Hər dəqiqə deyirsiz ki, mən öz işimi görmüşəm. Sizin işiniz nə olub?"
Təqsirləndirilən şəxs prokurorun etirazına da eyni cür cavab verib.
Proses oktyabrın 1-də davam etdiriləcək/APA.
Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.
O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun