UEFA "Neftçi” və “Qarabağ”a vəsaiti ayrıb

img

17-09-2021 [14:13]


"Neftçi” və “Qarabağ”a cari mövsüm avrokuboklarda iştirakları qarşılığında UEFA-dan maliyyə vəsaiti ayrılıb.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, vəsait milli assosiasiyanın vasitəçiliyi ilə hər iki klubun hesabına köçürülüb.

“Neftçi” UEFA Çempionlar Liqasındakı çıxışı səbəbindən 1 210 000 avro, “Qarabağ” isə Konfrans Liqasındakı oyunlarına görə 3 000 000 avro qazanıb. Ağdam təmsilçisi həmçinin əmsallar cədvəlinə görə 934 500 avro əldə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA