DİN özünü 12-ci İmam Mehdi sayan Aqil Babayevlə bağlı sensasiyalı məlumat yaydı: "Ailəli qadınlara qarşı..."
15-09-2021 [17:50]
Özünü 12-ci İmam Mehdi kimi təqdim edərək külli miqdarda dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin əməllərindən zərər çəkən 50 nəfərə qədər vətəndaş bununla bağlı Prezident Administrasiyasına və hüquq-mühafizə orqanlarına müraciət edib.
DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 50 nəfərə qədər şəxs rəsmi olaraq müraciət edib, ancaq zərərçəkmişlərin sayı 200-dən artıqdır: “Həmin müraciət ərizələrində onlar bildiriblər ki, A.Babayev özünü zühur etmiş imam və ilahi gücə malik olmasına inandıraraq kasıb insanlara yardım etmək, kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olanların inkişafına dəstək adı altında onları aldatma yolu ilə inam və etibarlarından sui-istifadə etməklə külli miqdarda pullarını talayaraq mənimsəyib.
Həmin şəxslərin bir qismi A.Babayevin imkansızlıqdan ona müraciət edən ailəli qadınlara qarşı əxlaqsız hərəkətlər etdiyini də bildiriblər.
Qeyd edilib ki, həmin qadınlar bu barədə öz həyat yoldaşlarına və qohumlarına məlumat verəndən sonra onun hərəkətlərindən hiddətlənən təxminən 20 nəfər A.Babayevə zəng edib iddiaları aydınlaşdırmaq üçün görüşmək istədiklərini bildiriblər.
A.Babayev həmin şəxsləri Buzovna qəsəbəsində yerləşən dəbdəbəli bağ evinə dəvət edib. O, ifşa olunduğunu görüb onlardan üzrxahlıq edərək aldığı pulun bir qismini ödəməyə razı olduğunu deyib. Pulun Xətai rayonundakı 5 mərtəbəli villasında olduğunu deyib, həmin şəxsləri ora dəvət edib”.
E.Hacıyev qeyd edib ki, A.Babayev orada pulun 520 min 500 manatını qaytarıb, qalanı üçün isə möhlət istəyib: “Onlar gedəndən sonra Aqil Babayev hüquq-mühafizə orqanlarına şikayət edib ki, bir neçə adam villasına basqın edərək onun 9 milyon manat pulunu aparıblar. Müraciət edənlər qeyd ediblər ki, Aqil Babayevin Xətai və Xəzər rayonlarında 2 milyon dəyərində bağ evi və villası var.
21 ildir bu formada dələduzluqla məşğul olduğu deyilən Aqil Babayevin heç bir yerdə işləmədiyi, heç bir biznesi olmadığı və hər hansı biznesdə ortaq olmadığı iddia olunur. Onun heç bir gəlir mənbəyi yoxdur. Sadəcə tanınmış adamlarla, biznesmenlərlə şəkil çəkdirib, sosial şəbəkə seqmentlərində paylaşımlar etməklə, özü haqqında təəssürat yaradıb.
Qadınları məcbur edirmiş ki, İmama xoş getsin deyə, günahlarınızın yuyulması üçün bağ evimdə pulsuz işləməlisiniz. Həmin qadınlara ödəniş vermədən evində qul kimi işlədirmiş”.
Mayor Hacıyev bildirib ki, A.Babayev Xətai rayonunda yerləşən 5 mərtəbəli villasının zirzəmisində və 5-ci mərtəbəsində xüsusi qəbul otağı yaratmaqla, digər qeyri-əxlaqi hərəkətlər törətdiyi iddia olunur: “Ərizələrdə o da vurğulanır ki, kefi istəyəndə ona inanan adamları yığıb deyirdi ki, mənə “vəhy” gəlib ki, bu gün naharı Dubayda etməliyəm. Həmin şəxslər bildirir ki, “biz də pul yığıb verirdik, o da gedib Dubayda nahar edib gəlirdi””.
Qeyd olunan hallar və Aqil Babayevin digər qanunsuz hərəkətləri ilə bağlı iddiaların təfərrüatları başlanan cinayət işi üzrə istintaqda araşdırılır.
E.Hacıyev əlavə edib ki, A.Babayevin “Şaurma N1”in şəriki olması ilə bağlı dövriyyəyə buraxılan informasiya həqiqəti əks etdirmir, yalandır.
Sabah hava necə olacaq? - Proqnoz
İran ABŞ və İsrailin gözlənilməz hücumuna cavab verməyə başlayıb
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"
Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır
"Azəriqaz"da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i "kəsilib"
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Milli Məclisin növbəti iclasının vaxtı bəll olub