Qurban Qurbanov "Bazel"lə oyundan danışdı: "Belə komandaya qarşı istəkli olmaq çox vacibdir"
15-09-2021 [17:19]
"İlk oyuna çıxacağıq. Biz həmişə qrupda oynamağı istəmişik. Bu, tam başqa turnirdir. Belə oyunlarda özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. İnanıram ki, sabah futbolçular ağıllı oyun göstərəcək. Bunu onlara güvənərək deyirəm. Belə komandaya qarşı istəkli olmaq çox vacibdir".
Bu fikirləri "Qarabağ"ın baş məşqçıisi Qurban Qurbanov İsveçrə "Bazel"inə qarşı Bakıda keçirləcəkləri Konfrans Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, son vaxtlar İsveçrə futbolu tamam səviyyəyə çatıb: "Dünən "Yanq Boyz" "Mançester Yunayted"ə qalib gəlib. Bu ölkənin futbolu bizə tanışdır".
Qurbanov rəqib hücumçu Kabral haqqında danışıb: "Rəqib çox sürətli futbol oynayır və müdafiədən hücuma cəld çıxır. Biz analiz edəndə hər komandanın oyun sistemini analiz edir. Daha sonra fərdi oyunçulara keçirik. Kollektiv oyun çox vacibdir. Həm hücumda, həm də müdafiədə bir-birimizə yaxın olmalıyıq. Futbolçularımız hər futbolçuya yaxın olacaq. Kabral cərimə meydançasında daha çox təhlükəlidir. Müdafiəçilərimiz onu yaxından tanıyacaqlar. İnanıram ki, hər oyunçu üçün yaxşı diqqət ayrılacaq".
Təcrübəli baş məşqçi "Neftçi" ilə qarşılaşmada çox güc sərf etdiyini vurğulayıb: "İstəyirəm ki, bütün oyunlarımız bu səviyyədə keçsin. Oyunçular meydan amilinə görə daha çox güc sərf etməli oldu. Bu gün komandada bir az yorğunluq var. Amma hər bir halda onların durumuna görə məşq proqramı qurmuşuq. Bizim sabah səhər də məşqimiz olacaq. Qrupdakı ilk oyunda yorğunluq haqqında çox düşünməməliyik. Bu bizim əlimizdə səbəb olmamalıdır. İllərdir ki, bu rejimdə oynayırıq. Mikro zədəli futbolçular var. Sabah komandanın tam heyət olaraq matça hazır olacağına inanıram".
Mütəxəssis millinin oyunlarından sonra futbolçularda psixoloji çətinliklərin yaşandığını söyləyib: "Qarabağ"ın futbolçuları digər komandaların oyunçularından daha çox matça çıxır. Futbolçuların nə qədər istirahət etməsi önəmlidir. Milli, çempionat və avrokubok tam başqa səviyyədir. Avrokubokda oynamayanda çempionat oyunlarına köklənmək daha asan olur. Belə amillər məni narahat edir. Psixoloji yorğunluq, fiziki yorğunluğa da gətirib çıxarır. Onlar özlərini maksimum göstərməyə çalışırlar. Bu, futbolçuların borcudur. İbrahima Vadji son matçda yaxşı oynadı. Bu o demək deyil ki, Vadji bizim istədiyim oyunu sərgiləyib. Hər şeyi edəcəyik ki, daha yaxşı oyun göstərsin və kollektivə uyğunlaşsın. Tam fərqli çempionata gəlib. Onun fikizi gücündən və istəyindən razıyam. Bəzi komponentləri yaxşılaşdırmalıyıq. İnanıram ki, bu işguzarlıq çatışmayan cəhətləri arxada qoyacaq. Bu gün "Qarabağ"dakı bütün futbolçulara inanıram. Onlarla fərdi söhbətlərim olur".
Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.
Sabah hava necə olacaq? - Proqnoz
İran ABŞ və İsrailin gözlənilməz hücumuna cavab verməyə başlayıb
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"
Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır
"Azəriqaz"da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i "kəsilib"
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Milli Məclisin növbəti iclasının vaxtı bəll olub