Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlıları bir arada - FOTOLAR

img

14-09-2021 [22:40]


Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimində hava desant hazırlığı üzrə məşqlər icra olunub.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin planına əsasən hava desant hazırlığı mərhələsində xüsusi təyinatlı bölmələrin helikopter vasitəsi ilə yerdəyişməsi, mühafizənin təşkili və təxliyə üsulları məşq etdirilib.

Məşqlərin gedişatında xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA