Generalın oğlu istefa verdi - Nə baş verir? + FOTO

img

09-09-2021 [12:14]


Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin oğlu Cavad Tağı-zadənin yaratdığı məşhur orkestr dağılıb.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində fəaliyət göstərmiş, Cavad Tağı-zadənin bədii rəhbəri və baş dirijoru olduğu "Baku Sinfonietta" orkestri ləğv edilib.

Qeyd edək ki, "Baku Sinfonietta" orkestri dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxış edib.

Cavad Tağı-zadə həmçinin Bakı Musiqi Akademiyasındakı işindən də istefa verib.

Qeyd edək ki, Tağı-zadə Cavad Faiq oğlu - Skripka ifaçısı və dirijordur. Nazim Əliverdibəyov adına gənc ifaçıların IV ümumşəhər müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Beynəlxalq İfaçılıq müsabiqəsində 2-ci dərəcəli diploma layiq görülüb. "Oazis" simli kvartetinin və "Ad libitum" müasir antrepriz ansamblının yaradıcısıdır.

General oğlunun məşhur orkestri dağıldı, özü istefa verdi 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA