Canni De Byazi: "Mənə heç kim deyə bilməz ki, bu futbolçunu oynat"
07-09-2021 [23:23]
"Dünən oyunun asan keçməyəcəyini demişdim. Çox güclü rəqibə qarşı oynayırdıq. Portuqaliya bu görüşdən öncə yoxlama matçı keçirmişdi. Meydanda bizdən daha diri idi. Bu gün texnika fərqi də özünü göstərdi".
Məlumata görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Bakıda Portuqaliyaya 0:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, bəzi oyunçuların meydana çıxmaması çətinlik yaradıb: "Mövsümün əvvəlidir. Bəzi futbolçular fiziki baxımdan əziyyət çəkir. Enerji çatmayanda problem yaranır. Rəqib bizdən daha hazırlıqlı idi. Oyunçu keyfiyyəti çox şeyi həll edir".
65 yaşlı baş məşqçinin sözlərinə görə, addım-addım irəliləmək lazımdır: "İlk növbədə başa düşməliyik ki, qrupun 5-ci komandasıyıq. Əvvəlcə bu mövqedən çıxmalıyıq. Mən sehrbaz deyiləm. Hər şeyi bir gündə dəyişmək olmaz. Əlimizdə olan futbolçular bunlardır".
De Byazi deyib ki, yığmanın toplanışa bir həftə tez başlamağını özü xahiş edib: "Bu, fiziki durumla bağlı idi. Bu gün rəqibin bizdən daha güclü oynadığını gördünüz. Əlimizdən gələni etməyə çalışdıq. Amma bizim üçün çox çətin oldu. Son 7 gündə 3-cü matçımız idi".
Təcrübəli mütəxəssis Namik Ələskərovla Mahir Emrelinin çıxışını da dəyərləndirib: "Namikdən razı qaldım, əlindən gələni edib, ürəyini qoydu. Mahirdən daha yaxşısını gözləyirəm. Ümid edirəm ki, bəzi keyfiyyətlərini yaxşılaşdıracaq. Topu daha yaxşı qəbul etməlidir".
O, Azərbaycan millisindəki gələcəyinə də toxunub: "Mən daha real şeylərdən danışmağa öyrəşmişəm. Son vaxtlar adımı müxtəlif yığmalarla hallanır. Seçmə mərhələnin sonunda müqaviləm başa çatır. AFFA rəhbərliyi ilə danışacağam. Razılıq versələr, qalacağam. Buraya gələndə məni hansı çətinliyin gözlədiyini bilirdim. Amma evi aşağıdan tikirlər. Digər tərəfdən, heç vaxt Azərbaycanda xoşbəxt olmadığımı deməmişəm. Əksinə, burada hər şey məni qane edir".
De Byazi millinin start heyətini özünün müəyyənləşdirməməsi ilə bağlı söz-söhbətə aydınlıq gətirib: "Çox gözəl, çox xoşuma gəldi. Heç vaxt sosial şəbəkələrə baxmıram. Sizə də vaxtınızı boş-boş şeylərə sərf etməməyi məsləhət görürəm. Əmin ol, mənə heç kim deyə bilməz ki, bu futbolçunu oynat. Mənim öz fikirlərim var".
Baş məşqçi Rəhim Sadıxovun yığmada öz potensialından aşağı çıxış etməsinin səbəbini də açıqlayıb: "Sumqayıt" milli komanda deyil. Amma Rəhim yaxşı keyfiyyətə malik futbolçudur. Özünü tam göstərə bilməsi üçün ona vaxt lazımdır".
De Byazi Filip Ozobiçin oyunu ilə bağlı da fikirlərini bölüşüb: "O, təcrübəli oyunçudur. Bizə xeyir verə bilər. Ona da müəyyən qədər zaman lazımdır".
Mütəxəssis "Qarabağ"ın UEFA Konfrans Liqasındakı şanslarını da qiymətləndirib: "Qrupa baxanda çox da çətin olmayacağını düşünürəm. Fikrimcə, "Qarabağ" qrupdan çıxa bilər. Bu, bizim üçün də yaxşı olar. Ümid edək ki, bunu bacaracaqlar"/Report.
Sabah hava necə olacaq? - Proqnoz
İran ABŞ və İsrailin gözlənilməz hücumuna cavab verməyə başlayıb
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"
Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır
"Azəriqaz"da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i "kəsilib"
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Milli Məclisin növbəti iclasının vaxtı bəll olub