Azərbaycanın güləş yığmalarının heyəti açıqlanıb
30-08-2021 [14:17]
Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında iştirak edəcək Azərbaycanın güləş yığmalarının heyəti açıqlanıb.
Federasiyadan Mia.az-a verilən məlumata görə, yunan-Roma güləşi üzrə gənclərdən ibarət milli böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ümidəli Musayev (63 kq), Həsrət Cəfərov (67 kq), Qurban Qurbanov (72 kq), Elcan Məmmədov (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb.
Böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) sərbəst güləş üzrə milli yarışda uğur qazanmağa çalışacaq.
Qadınlara gəlincə, məşqçi Rövşən Umudovun rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Tatyana Varansova (53 kq), Yasəmən Məcidli (55 kq), Jalə Əliyeva (59 kq) və Birgül Soltanova (62 kq) Kazanda çıxış edəcək.
Qeyd edək ki, komandalar bu gün səhər saatlarında Rusiyaya yollanıb. Beynəlxalq dərəcəli hakimlərimizdən Vüqar Şükürovla Əli Babayev I MDB Oyunlarında ədaləti qoruyacaq. İlk dəfə keçiriləcək oyunlarda 16 idman növü üzrə 1172 idmançı mübarizə aparacaq. Sərbəst və qadın güləşi üzrə yarışlarda 23 yaşadək idmançılar çıxış edəcək. Yunan-Roma güləşi üzrə mübarizə isə 20 yaşadək olan pəhləvanlar arasında baş tutacaq.
Sentyabrın 3-də klassik güləşlə məşğul olanlar xalça üzərinə çıxacaq. Növbəti gün isə sərbəst və qadın güləşçilər qüvvələrini sınayacaqlar. Görüşlər Bakı vaxtı ilə saat 11:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 16:00-da start götürəcək.
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
"Şamaxı" "Neftçi" oyunu... - Bakı komandasının oyunçusu zədələndi (VİDEO, YENİLƏNİR)
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"