“Twitter”də “Fleets” platformu bu gündən ləğv edilib

img

03-08-2021 [17:14]


“Twitter” sosial şəbəkəsində ötən ilin mart ayında təqdim edilmiş “Fleets” platformu bu gündən ləğv edilib.

Məlumata görə, 24 saat müddətinə silinən foto və video yerləşdirmə platformu olan “Fleets” “İnstagram”dakı “Stories”in bənzəri kimi yaradılmışdı və ilkin olaraq Braziliyadakı məhdud istifadəçilər qrupu üçün açıq idi. Platform sonradan başqa ölkələri də əhatə etdi.

Ötən müddət ərzində bir sıra yeni funksiyaların da əlavə olduğu “Fleets” istifadəçilər arasında məşhurlaşmadığı üçün ləğv edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA