Yunanıstan Tokio-2020-də sinxron üzgüçülük üzrə komanda yarışından imtina etdi - Səbəb

img

03-08-2021 [12:57]


Yunanıstan Tokio-2020 Yay Olimpiya Oyunlarında sinxron üzgüçülük üzrə komanda yarışında təmsil olunmayacaq.

Yunanıstan Milli Olimpiya Komitəsinin məlumatına görə, buna yığmanın 3 üzvünün koronavirusa yoluxması səbəb olub.

Bildirilib ki, infeksiya aşkarlanan idmançılar xəstəliyi simptomsuz keçirsələr də, Olimpiya kəndini tərk edəcək və otellerin birində karantinə alınacaqlar. Üzgüçülərin nümayəndə heyətinin digər üzvləri ilə təmasda olmadığı vurğulanıb.

Qeyd edək ki, Yunanıstanın sinxron üzgüçülük komandasında ilk yoluxma ötən gün aşkarlanıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:58 24.10.2021

Sabah yağış yağacaq