Konfrans Liqası: "Neftçi" və "Qarabağ"ın potensial rəqibləri bəlli olub

img

02-08-2021 [17:50]


Azərbaycanın avrokuboklardakı digər təmsilçisi "Qarabağ"ın da UEFA Konfrans Liqasının pley-off mərahələsindəki potensial rəqibi müəyyənləşib.

Mia.az xəbər verir ki Ağdam təmsilçisi III raundda Kipr AEL-ini üstələyəcəyi təqdirdə, növbəti mərhələdə "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

"Neftçi" isə Avropa Liqasının III raundunda Finlandiya HİK-ini keçə bilməsə, Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilk matçı evdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 19 və 26-da keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR