ERMƏNİLƏR MÖVQELƏRİMİZİ YENƏ ATƏŞƏ TUTDU: "Şəxsi heyəti arasında itki yoxdur" (YENİLƏNİB)

ERMƏNİLƏR MÖVQELƏRİMİZİ YENƏ ATƏŞƏ TUTDU: "Şəxsi heyəti arasında itki yoxdur" (YENİLƏNİB)

GÜNDƏM

19.07.2021, 23:58

İyulun 19-u saat 20:50-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb: "Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur".

***

İyulun 19-u saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, cavab atəşi ilə düşmən susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR